“Rusiya səfirinin Şuşaya səfəri Moskvanın Azərbaycanın ərazi bütövlüyünə olan rəsmi münasibətidir” - DEPUTAT

Hazırda oxunan: “Rusiya səfirinin Şuşaya səfəri Moskvanın Azərbaycanın ərazi bütövlüyünə olan rəsmi münasibətidir” - DEPUTAT

83823

Xəbər verildiyi kimi, nəhayət Rusiyanın Bakıdakı səfiri Mixail Boçarnikov da dünən Şuşaya səfər edib. Səfir Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə birlikdə şəhərlə, onun tarixi və gələcək inkişaf planları, habelə işğalçılar tərəfindən dağıdılan mədəniyyət və memarlıq abidələrinin vəziyyəti ilə tanış olub.

Qeyd edək ki, müharibə bitəndən sonra bu günə qədər Azərbaycandakı çoxsaylı xarici ölkə səfirlikləri Şuşaya səfər ediblər. Amma Rusiya səfirliyi indiyə qədər belə bir addım atmayıb. 

Bu səfəri Bizim.Media-ya şərh edən Milli Məclisin deputatı Hikmət Babaoğlu Rusiya səfirinin addımını ölkəsinin mövqeyini Azərbaycanın yaratdığı yeni reallıqlara uyğunlaşdırmaq cəhdi kimi qiymətləndirir: 
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyanın Azərbaycandakı səfiri Şuşaya səfər etdi


“Cənubi Qafqazın bütövlükdə tarixində Azərbaycanın yaratdığı yeni reallıqlar fərqli bir mərhələ formalaşdırıb ki, bu da regionda ənənəvi olaraq iştirakçı olan beynəlxalq aktorların öz mövqelərini yaranmış yeni vəziyyətə uyğunlaşdırmalarını zəruri edib. Bu kontekstdə regional və beynəlxalq aktorlar biri tez, digəri bir qədər gec nəhayət həmin reallığı qəbul etməkdədir. Bu kontekstdə Rusiya olduqca mühüm aktordur. Rusiya Cənubi Qafqazda yaranan yeni reallığın təminatçısı qismində çıxış edən, 10 noyabr 2020-ci ildə üçtərəfli bəyannaməyə imza atan, onun hüquqi əsaslarını yaradan dövlətdir”. 

Deputat deyir ki, Boçarnikovun Şuşaya səfəri tək təqdir olunası hal deyil, eyni zamanda, bu günə qədər ora getməyən digər ölkə səfirləri üçün də motivasiya yaradan hadisədir:

“Rusiya Azərbaycanın müttəfiqidir. Cari ilin fevralın 22-də Bakı ilə Moskva arasında müttəfiqlik haqqında anlaşma imzalanıb. Bu hadisə eyni zamanda, Rusiya-Azərbaycan münasibətlərinin ciddi əsaslarla, dinamik xətlə inkişaf etdiyinin göstəricisidir. İki ölkənin beynəlxalq hüquqa əsaslanan ərazi bütövlüyünə olan münasibətin real təzahürüdür. Həmçinin, bu addım Azərbaycan-Rusiya münasibətlərinin bütövlükdə ruhuna uyğun hərəkətdir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin