“Belarus Ukraynaya hücuma cəsarət edə bilməz” – Aİ vitse-prezidentindən ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: “Belarus Ukraynaya hücuma cəsarət edə bilməz” – Aİ vitse-prezidentindən ÖZƏL AÇIQLAMA

83812

Son günlərdə Rusiya-Ukrayna müharibəsi fonunda regionda və dünyada gedən proseslərdə aktivlik müşahidə olunur. Xüsusən də, ABŞ-ın Ukraynadakı vətəndaşlarına ölkəni tərk etməklə bağlı xəbərdarlığı və Rusiyaya qarşı bir sıra sanksiyaları ləğv etdiklərini açıqlaması daha çox diqqət çəkir.

Baş verən yenilikləri AŞPA-nın vitse-prezidenti, Ukrayna Ali Radasının deputatı Aleksandr Mereşko Bizim.Media-ya özəl açıqlamasında şərh edib.

Mereşko ilk növbədə ABŞ-ın bir sıra sanksiyaları aradan qaldırması məsələsinə münasibət bildirib:

“ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv etmir. Əksinə, sanksiyalar daha da artacaq. Rusiyaya heç bir güzəşt olmayacaq. Biz ABŞ-ın Rusiyanı terrorizmin himayədarı elan etməsini gözləyirik. İndi Rusiyaya qarşı yeddinci sanksiyalar paketi hazırlanır. Sanksiyalar artmağa davam edəcək”.

Aİ rəsmisinin sözlərinə görə, ABŞ-ın vətəndaşlarına xəbərdarlıq etməsinə Rusiyanın yaşayış məntəqələrinə raket hücumlarının artması ilə bağlıdır:

“Çox güman ki, bu, dünən Rusiyanın Vinnitsanı atəşə tutması və rus qoşunlarının onlarla dinc sakinin öldürülməsi ilə bağlıdır. ABŞ Rusiyanın Ukraynada mülki obyektləri məqsədyönlü şəkildə məhv etdiyini və indi heç kimin Rusiyanın raket zərbələrindən sığortalanmadığını başa düşərək öz vətəndaşlarının təhlükəsizliyinə çalışır”.

Ukraynalı diplomat Belarus ərazisində hərbi aktivliyin artmasının mümkün nəticələrindən də danışıb:

“Belarus artıq Rusiyanın Ukraynaya təcavüzündə ortaq olub. Lakin öz ərazilərdən istifadəyə icazə versə belə, Belarus lideri Lukaşenkonun Belarus ordusundan birbaşa Ukraynaya qarşı istifadə etməyə cəsarət edəcəyini düşünmürəm”.

Mereşkonun sözlərinə görə, Aİ Rusiyaya qarşı getdikcə daha çox yeni sanksiyalar tətbiq edir:

“Açığı, Avropa başa düşməyə başlayıb ki, Rusiyanın müharibəsi təkcə Ukraynaya qarşı deyil, bu, bütün Avropaya və sivil dünyaya qarşı müharibədir. Rusiya Avropa üçün bir nömrəli təhlükədir, çünki Rusiya Avropanın təhlükəsizlik arxitekturasını məhv edib, Avropa və beynəlxalq hüquq nizamının əsaslarını sarsıdıb. Avropada Putinə getdikcə daha çox hərbi cinayətkar kimi yanaşırlar”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin