“Azərbaycan-Ermənistan münasibətləri 6 ay ərzində normallaşmasa...” – Hasan Oktaydan MÜHARİBƏ PROQNOZU

Hazırda oxunan: “Azərbaycan-Ermənistan münasibətləri 6 ay ərzində normallaşmasa...” – Hasan Oktaydan MÜHARİBƏ PROQNOZU

83695

“Türkiyə-Ermənistan sərhədi Dağlıq Qarabağdan kənar rayonların ermənilər tərəfindən işğal olunmasına cavab olaraq 1994-cü ildə qapadıldı. 44 günlük müharibənin başa çatması və 10 noyabr bəyanatının imzalanmasıyla Azərbaycan öz torpaqlarını işğaldan azad etdiyinə görə isə Türkiyənin Ermənistanla sərhədlərini bağlı saxlamaq zərurəti aradan qalxdı”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Qafqaz Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay bildirib. 

Ekspertin sözlərinə görə, Türkiyə Ermənistan nümayəndələri arasında iyulun 1-də Vyanada keçirilən görüşdə tərəflər üçüncü ölkələrin vətəndaşları üçün sərhədlərin açılmasına razılıq veriblər:
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə-Yunanıstan gərginliyinin gizlinləri - Türkiyəli ekspertdən ÖZƏL


“Bu o deməkdir ki, Türkiyə-Ermənistan sərhədləri mərhələli olaraq açılacaq. Xüsusən də bölgədə maraqları olan dövlətlərin məsələyə mövqeyi aydın göründükdən sonra bu proses daha da sürətlənəcək. Atılmalı olan addımlardan biri də minaların təmizlənməsi ilə bağlıdır. Lakin burada bir məsələni diqqətdə saxlamaq vacibdir. Əgər minalar tamamilə təmizlənərsə Əfqanıstan-İran-Ermənistan marşrutu ilə Türkiyəyə böyük miqrant köçünün gəlməsi təhlükəsi yaranacaq”.

Hasan Oktay qeyd edib ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması İrəvan-Bakı münasibətlərinin normallaşması üçün mühüm addım kimi də görülə bilər:

“Hal-hazırda Ermənistan əhalisinin təqribən 10 faizi Türkiyəyə və Türk dünyasına düşmənlikləri ilə fərqlənirlər. Əgər münasibətlər normallaşar və gediş-gəliş bərpa olunarsa, həmin əhali böyük ehtimalla Rusiyaya miqrasiya edəcək. Yerdə qalan ermənilərsə Azərbaycan və Türkiyə ilə dostluq şəraitində yaşamağa hazırdır”.

Ekspert Azərbaycan və Türkiyənin psixoloji olaraq sərhədlərin açılmasına hazır olmasını da vacib hesab edir:

“140 milyonluq Türk dünyanın ortasında 2 milyondan da az erməninin problem olaraq görülməsi və bu problemin həll olunmadan saxlanılması qəbuledilməzdir. Əgər qarşıdakı 6 ay müddətində Türkiyə və Azərbaycanın Ermənistanla münasibətləri normallaşmazsa, hər an yeni münaqişə ilə qarşı-qarşıya qala bilərik.
Yeni müharibənin tərəfləri isə heç də Ermənistan və Azərbaycan olmayacaq, bölgədə Ukrayna böhranına bənzər ciddi bir konflikt ocağı yarana bilər.

Buna görə də Azərbaycan və Türkiyənin üzərinə böyük yük düşür. Hər iki ölkə situasiyanı duyğusal bağlardan Türk dünyasının gələcəyini hazırlayan duruma gətirməlidirlər”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin