"Cənubi Qafqazda bərqərar olmuş yeni geosiyasi reallıq davamlı sülh və regional iqtisadi əməkdaşlıq üçün əlverişli zəmin yaradıb".
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makrona ünvanladığı məktubda əksini tapıb.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Fransa prezidentini təbrik etdi
“Torpaqlarının 30 illik işğalına son qoyan Azərbaycan müharibə səhifəsini çevirmək, Ermənistanla münasibətləri normallaşdırmaq və sülh müqaviləsi imzalamaq istəyindədir. Beynəlxalq hüquqa söykənərək tərəfimizdən təqdim olunan beş prinsip əsasında Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesinə Fransanın dəyərli töhfə verə biləcəyinə inanırıq”, - məktubda deyilir.
Bizim.Media