Kəlbəcərdə erməni TƏXRİBATLARI -  “Biz onlarla kifayət qədər mülayim davranmağa çalışırıq” - EKSPERT 

Hazırda oxunan: Kəlbəcərdə erməni TƏXRİBATLARI -  “Biz onlarla kifayət qədər mülayim davranmağa çalışırıq” - EKSPERT 

83670

“Kəlbəcərdəki mövqelərimizin Ermənistan tərəfindən hər gün atəşə tutulması Azərbaycanla delimitasiya və demorkasiya sənədlərinin imzalanmasını ləngitmək üçün aparılır”.

Ermənistanın yeni provikasiyasının səbəblərini Bizim.Media-ya danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, ermənilərin Zabuxdan köçürülməsi məsələsi gündəmə gələndən sonra qarşı tərəf  Kəlbəcər istiqamətində təxribatlara başlayıb: 

“Ermənistan ordusu gah Zəylik, gah da Şorcadan mövqelərimizi qəsdən atəşə tutaraq provokasiya yaradır. Təxribatlardan sonra isə erməni mətbuatında yeni müharibnin başlayacağı ilə bağlı yazılar yer alır. Məncə bu da, provokasiyanın bir hissəsidir.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağdakı erməni təxribatları Laçın dəhlizinin bağlanmasına səbəb ola bilər


Təxribat erməninin qanında var. Onlar regionda mehriban qonşuluq şəraitində yaşamaq istəmirlər. Həmçinin Ermənistan daxilində Koçaryan və Sarkisyan da daxil, Rusiya və Qərb meyilli bir neçə qruplaşmalar mövcuddur. Şəxsən mən Ermənilərin hər hansı mövzuda bizimlə kompramisə gələcəyinə inanmıram”.

Ermənilərin Qarabağda yaşamasının yeganə yolunun Azərbaycan vətəndaşlığını qəbul etmək olduğunu söyləyən hərbi ekspert İrəvan tərəfindən Azərbaycana ara-sıra irəli sürülən şərtləri də, əhəmiyyətsiz hesab edib:

“Məncə, yekun sənədləri imzalamayıb sülhdən yayınma Ermənistana heç nə qazandırmayacaq. 44 günlük müharibədəki məğlubiyyətdən sonra yenidən Azərbaycan qarşısında şərt irəli sürərək bu kimi təxribatlara əl atacaqlarsa, onda öz çamadanlarını hazırlasınlar və özlərinə Qarabağda yox, Ermənistan daxilində yer axtarmağa başlasınlar”.

Ekspertin sözlərinə görə, sərhəddə təxribat yaratmaqla Ermənistan həm də beynəlxalq ictimayyətin diqqətini özlərinə çəkməyə çalışır:

“Təxribatlar dünən də var idi, bugün də var və sabah da olacaq. Onların təxribatlarında heç bir narahatedici məqam görmürəm.
Özümüzü sadəcə bir məsələdə günahlandırmalıyıq ki, biz beynəlxalq qurumların təklif və təzyiqlərinə ucbatında ermənilərlə kifayət qədər mülayim davranmağa çalışırıq. Ermənilər isə xoş niyyətimizdən istifadə edirlər. Əslinə qalsa, Ermənistan ona görə sülh müqaviləsini yubatmağa çalışır ki, güc toplasın. Bu imkanı isə biz onlara verməməliyik”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin