Azərbaycanda referendum keçirilməsi zərurəti varmı? – Deputatların FİKİRLƏRİ

Hazırda oxunan: Azərbaycanda referendum keçirilməsi zərurəti varmı? – Deputatların FİKİRLƏRİ

83560

Son dövrlər Azərbaycanda Konstitusiya dəyişikliyi üçün referendumun keçirilməsi vacibliyi barədə müxtəlif fikirlər səslənir. Bir sıra siyasilər parlament seçkilərinin qarışıq əsasda keçirilməsi üçün proporsional seçki sisteminin bərpa olunmasını vacib sayır. Bunun üçün də parlament üzvlərinin sayının artırılması təklif olunur. Bundan başqa, bir çoxları da düşünür ki, Qarabağ müharibəsində əldə edilən qələbə də referendumun keçirilməsini zəruri edir. 

Görəsən, Azərbaycanda referendumun keçirilməsini vacib edən şərtlər varmı, varsa hansılardır? 

Məsələni Bizim.Media-ya şərh edən Milli Məclisin deputatı Fazil Mustafanın fikrincə, hazırda referenduma getməyə həyatı zərurət yoxdur:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda referendumun keçiriləcəyi ilə bağlı iddialar yalandır 


“Konstitusiya dəyişikliklərilə bağlı referendumun keçirilməsi istiqamətində heç bir bilgim yoxdur. Bununla belə, onlarla məsələ var ki, referendum təyin olunsa, onları salmaq olar. Amma indi həyati zərurət deyə, referenduma getməliyik, belə bir şey yoxdur. Bununla belə referendumla bağlı kifayət qədər fikirlərİm, düşüncə və arzularım var. Amma olmayan məsələ barədə hansısa fikir söyləmək ciddi səslənməz”. 

F.Mustafa bildirir ki, referendum keçirilərsə, bura bələdiyyələrin səlahiyyətinin genişlənməsi, icra hakimiyyəti məsələsinin dəqiqləşdirilməsi, Nazirlər Kabinetinin işlək orqana çevrilməsi, habelə proporsional seçkinin bərpası ilə bağlı məsələləri salmaq olar. 

Deputat Razi Nurullayev isə bu qənaətdədir ki, referendumun keçirilməsi üçün əsaslar yaranmağa başlayır:
 

“Azərbaycan Prezidenti Qarabağa səfəri zamanı icra hakimiyyətlərində struktur dəyişikliyilə bağlı fikir bildirib. Ondan sonra bu istiqamətdə müzakirələr daha çox vüsət alıb. İdarəetmə strukturu dəyişərsə, o zaman Konstitusiya dəyişikliyinə getmək lazım gələcək.


Cəmiyyətdə həm də siyasi partiyaların proporsional seçki vasitəsilə seçkiyə qatılması məsələsi də gündəmdədir. Onun üçün Seçki Məcəlləsi dəyişməlidir. Bu kimi məsələlər müzakirə olunsa da onun mümkün olub-olmayacağı həm Prezidentin səlahiyyətindədir, həm də Milli Məclis məsələ ilə bağlı qərar qəbul edə bilər. Lakin parlamentdə məsələ ilə bağlı heç bir müzakirə olmayıb. Ümumilikdə, hələlik bu istiqamətdə konkret fikrə gəlinməyib. Bu olacaqsa, onu görəcəyik. Hələliksə, bununla bağlı konkret məlumatlara malik deyiləm”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin