“Azərbaycanın G-20 toplantısına dəvət alması onun gücünün göstəricisidir” Tofiq Abbasov

Hazırda oxunan: “Azərbaycanın G-20 toplantısına dəvət alması onun gücünün göstəricisidir” Tofiq Abbasov

8353

''Azərbaycan həqiqətən də regionun lideri olaraq dünyanın diqqət mərkəzindədir. Xüsusilə də Avropa İttifaqı Azərbaycanla əlaqələrə, münasibətlərə önəm verir və bölgənin 3 ölkəsi arasında Azərbaycanı daha perspektivli, məhsuldar və təşəbbüskar saydığını gizlətmir. Biz görürük ki, Aİ ilə Azərbaycan arasında yeni əməkdaşlıq sənədi imzalanmaq üzrədir. Lakin bu məsələdə də fikir ayrılıqları var. Avropa bəzi məsələlərdə öz istədiklərini reallıq kimi qələmə verirdi''.

''Azərbaycan isə bu proseslərdə diferensiasiyalı (fərqli) yanaşmanın tərədarı olduğunu bildirirdi. Ona görə də indi hər iki tərəfin işçi qrupu əməkdaşlıq istiqamətində çalışır''.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirdi. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan qələbəsini rəsmiləşdirib, tezliklə azərbaycanlılar Xankəndi və Xocalıya qayıdacaq - AÇIQLAMA


Bu ilin 30-31 oktyabr tarixində İtaliyanın paytaxtı Romada Böyük iyirmiliyin (G-20) görüşünə dəvət olunan 37 ölkədən biri də Azərbaycandır mövzusunda yaranan sualları cavablandıran politoloq qeyd etdi ki, “yeddiliyin (G-7) də, iyirmiliyin (G-20) də görüşü keçiriləndə həmin dövlətlər stimullaşdırıcı addım kimi müxtəlif respublikaları da dəvət edirlər:

“Bu baxımdan rəsmi Bakı da diqqətdən kənar qalmayıb. Mən deyərdim ki, 2020-ci ilin ağırlıq, sınaq və çətinlikləri Azərbaycanı hardasa diqqət mərkəzinə gətirdi. Burada Türkdilli dövlətlərin fövqəladə iclası, Qoşulmama Hərəkatının təmas qrupu səviyyəsində çağırılması, pandemiya ilə bağlı müzakirələr, bütün dünya ölkələrinin Covid-19 ilə mübarizə ətrafında BMT Baş Assambleya səviyyəsində iclasının keçirilməsi təkliflərini sadalamaq olar. Bütün bunlar dünyanın siyasi elitasının gözü qarşısındadır və izlənilir.”

“Ötən il ABŞ araşdırma təşkilatlarının reytinqinə görə, Azərbaycan dünyanın 45 ən güclü dövlətindən biri idi.

Bu il “G-20”nin görüşünə dəvət olunmağımız reytinqlərdə Bakının daha da irəlilədiyinə işarədirmi, artıq Azərbaycana 37 ən güclü ölkədən biri deyə bilərikmi?” sualını Tofiq Abbasov belə cavablandırdı: 

“Təbii ki, deyə bilərik. Dünya reytinq agentliklərinin siyahısında Azərbaycan son il ərzində çox irəliləyib. Mən bildiyimə görə, ölkəmiz 30 ən güclü, inkişaf etmiş ölkə sırasındadır. Bizim perspektivlərimiz var ki, göstəriciləri daha da yaxşılaşdıraq. Ölkədaxili islahatların effektivliyini görürük, digər tərəfdən sosial yönümlü iqtisadiyyatın da təsirləri var. Sadalananlar ondan xəbər verir ki, uğurlu bir model tapmışıq. İstənilən ölkədə narahat təbəqə və müxalifət də mövcuddur. Amma dövlətin düzgün mövqedə olması həm Azərbaycanın daxili, həm də tərəfdaşları üçün faydalıdır”.

“Bəzi beynəlxalq təsisatlar da ölkəmizdəki vəziyyəti düzgün qiymətləndirərək bütün reytinqlərdə mövqeyimizi yaxşılaşdırırlar”,- deyə politoloq Tofiq Abbasov mövzunu yekunlaşdırdı.

Anar Rəhimov, Bizim.Media  
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin