''Azərbaycanın işğaldan azad olunmuş şəhərlərini ziyarət etmisiniz və özünüz vəziyyətin şahidi oldunuz. Hər şey tamamilə məhv edilib. Bizim bu barədə məlumatımız var idi''.
Bizim.Media xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, dağıntıların bu qədər geniş vüsət almasını heç təsəvvürümüzə belə gətirə bilməzdik.
''Bu, onu nümayiş etdirir ki, torpaqlarımızı işğal altında saxlayan ölkə Azərbaycan mədəniyyətinin izini silmək istəyirdi. Azərbaycan xalqının irsini məhv etmək istəyirdi. Biz açıq-aydın başa düşürük ki, bu dağıntılar birinci Qarabağ müharibəsindən sonra edilmişdir. Bu, müharibə zamanı edilməmişdir, çünki müharibə zamanı bu cür dağıntıları etmək mümkün deyil.
Bu, Azərbaycan xalqına məxsus hər şeyi məhv etmək və gələcəkdə azərbaycanlıların geri qayıtmasına imkan verməmək üçün işğaldan sonra edilmişdir. Bu, bir daha onu nümayiş etdirir ki, demək olar, 30 illik danışıqlar ərzində Ermənistanın yalnız bir məqsədi olmuşdur, bu da danışıqları sonsuz və faydasız etmək idi və bu da baş verdi.
Çünki demək olar ki, bu 30 illik danışıqlar prosesində heç bir nəticə yox idi.
Yalnız danışıqlar, yalnız səfərlər, yalnız bəyanatlar var idi, lakin heç bir nəticə yox idi. Bu da təcavüzkara işğal olunmuş ərazilərin tarixi, mədəni və dini mənşəyini dəyişməyə cəhd etmək imkanını verdi'',- deyə prezident qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:36 / 13.01.2021
\'\'Qarabağda dağıntılar müharibə zamanı edilməyib\'\' - Prezident
Hazırda oxunan: \'\'Qarabağda dağıntılar müharibə zamanı edilməyib\'\' - Prezident
Hazırda oxunan: \'\'Qarabağda dağıntılar müharibə zamanı edilməyib\'\' - Prezident
8340
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.