Tovuz döyüşlərinin İLDÖNÜMÜ – “Bu, Vətən Müharibəsinin ilk qığılcımları idi”

Hazırda oxunan: Tovuz döyüşlərinin İLDÖNÜMÜ – “Bu, Vətən Müharibəsinin ilk qığılcımları idi”

83394

Bu gün Tovuz döyüşlərinin başlamasından 2 il ötür. Belə ki, 2020-ci il iyulun 12-də Ermənistan ordusunun təmas xəttindən xeyli uzaqda yerləşən, böyük strateji əhəmiyyətə malik Tovuz rayonu istiqamətində təxribatlar törətməsilə iyulun 17-nə qədər davam edən döyüşlər start götürdü.

Təxribatların nəticəsi olaraq Azərbaycan Ordusu tərəfindən Ermənistan qüvvələrinin atəş nöqtələri, eləcə də yüzlərlə canlı qüvvəsi məhv edilib.

Lakin təəssüflər olsun ki, erməni təxribatı nəticəsində general-mayor Polad Həşimov da daxil olmaqla 12 hərbi qulluqçumuz və 1 dinc sakin həyatını itirib.

Tovuz döyüşlərinin hərbi-stratji baxımdan əhəmiyyəti isə xeyli böyük idi.

“Tovuz döyüşləri 75 gün sonra başlayacaq Vətən Müharibəsinin ilkin qığılcımları hesab edilə bilər”, - deyə mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Tovuz döyüşlərindən iki il ötür


Onun sözlərinə görə, məhz Tovuz hadisələri zamanı Azərbaycan xalqı ordumuza və Ali Baş Komandana birmənalı dəstəyini nümayiş etdirdi:

“Və Qarabağın ən qısa zamanda işğaldan azad olunması üçün döyüş əməliyyatlarının başlamasına xalq olaraq hazır olduğunu sübut etdi. Bunu biz on minlərlə insanın səfərbərlik şöbələri önündə növbəyə düzülməsi ilə paralel olaraq müşahidə etdik. Başqa sözlə desək, Tovuz hadisələri, Azərbaycan xalqı, ordusu və hakimiyyətinin səbr kasasını daşırdı və sonunda Azərbaycan üçün canından keçməyə hazır olan övladlarımız Lələtəpədən götürdükləri bayrağımızı Şuşa qalasının üzərinə sancdılar”.

Ədalət Verdiyev vurğulayıb ki, 1994-cü ildən bəri Azərbaycan ordusu nə Horadiz əməliyyatında, nə aprel müharibəsi, nə Tovuz hadisələri, nə Vətən Müharibəsi, nə də adını çəkmədiyimiz digər hərbi əməliyyatlarda düşmən qarşısında bir dəfə də olsun geri addım atmayıb:

“Buna görə də biz hamımız vətənimiz, dövlətimiz, bayrağımız uğrunda canından keçənləri unuda bilmərik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, əlillərimizə, yaralı və veteranlarımıza şəfa versin. Biz onların hesabına bu gün qalib orduya malik xalqıq və onların sayəsində Azərbaycan qalib xalqlar arasında ilk sıralarda yer alır. Məhz onların sayəsində Ermənistan və ordusunu fərari yığnağına çevirə bildik. Bunları bizə bəxş edən insanları unutmalı deyilik”.

Murad Əhmədov, Bizim.Media     

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin