Erməni rəsmilərinin müharibə QARABASMALARI - "İrəvan danışdıqlarına hakim deyil" 

Hazırda oxunan: Erməni rəsmilərinin müharibə QARABASMALARI - "İrəvan danışdıqlarına hakim deyil" 

83286

 “Mirzoyanın qorxudan quyruğunun əsməsi təsadüfi deyil. Bilirlər ki, daha əvvəllər olduğu kimi, Azərbaycan zaman-zaman erməni təxribatlarına yalnız adekvat deyil, həm də təsirli cavab verməyə daim hazırdır. Belə bir cavabın yetişdiyini İrəvan digərləri kimi yaxşı anlayır”.

Bunu Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Yunanıstan mətbuatına açıqlamasında beynəlxalq və erməni ictimaiyyətini yeni müharibə ilə qorxudaraq, dünyanın diqqətinin Ukraynaya yönəldiyi bir vaxtda Azərbaycanın “genişmiqyaslı təxribat həyata keçirə” biləcəyilə bağlı səsləndirdiyi fikrinə münasibət bildirərkən deyib:

“Mirzoyan müharibə ilə toqquşmanın dəqiq fərqini bilmir. Müharibənin baş verməsi üçün əks tərəfin rəqibə qarşı müəyyən hərbi potensialı olmalıdır. Belə bir potensialın erməni ordusunda olmasını isə müharibədən sonra ümumiyyətlə müşahidə etmirik.
 

MÖVZU İLƏ BAĞLI:

İrəvandan müharibə PROVOKASİYASI: “Münaqişənin yenidən alovlanmasında Rusiya maraqlıdır”


Müharibənin ilk günlərində ermənilər hansısa müqavimət potensialı nümayiş etdirirdisə, Cəbrayıl və Hadrutun Azərbaycan Ordusu tərəfindən azad olunmasından sonra isə düşmən tərəfin belə bir potensialı yoxa çıxdı.

İlk həftədə artıq erməni ordusunun 1500 nəfərlik fərarisi vardı. Müharibənin sonuna doğru isə fərari sayı 10 minə çatdı. Yəni müharibənin sonunda ordusunun 25 faizi fərari olan və bundan 2,5 dəfə çox itkiyə məruz qalan Ermənistan ordusunun hansı müharibədən danışdığı bəlli deyil”.

Ə.Verdiyev qeyd edir ki, Azərbaycan İrəvan tərəfindən növbəti belə təxribatlara bir qədər daha geniş miqyasda cavab vermək hüququnu özündə saxlayır:

“Hər kəsə məlumdur ki, Ermənistan müharibənin başa çatmasından 20 ay keçsə də, öhdəlikləri hələ də yerinə yetirmir. Belə olan halda, İrəvan da anlayır ki, Azərbaycan erməni təxribatlarına uzun müddət təmkinlik nümayiş etdirmək niyyətində deyil.

Erməni təxribatlarının qarşısının alınması və onların bəyanatdan irəli gələn şərtləri tam yerinə yetirməsi üçün Azərbaycan növbəti belə təxribatlara bir qədər geniş miqyasda cavab vermək hüququnu özündə saxlayır”.
Ekspert bildirir ki, Ermənistanın bu tip bəyanatlarına beynəlxalq ictimaiyyət də ciddi reaksiya vermir:

“Çünki Azərbaycan informasiya müharibəsində İrəvanın üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini Avropa Şurasının Parlament Assambleyasında konkret şəkildə sübut edib”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin