“Qüdrət Həsənquliyev ruspərəst qüvvələrin sözcüsüdür” – Politoloqdan qalmaqallı açıqlama

Hazırda oxunan: “Qüdrət Həsənquliyev ruspərəst qüvvələrin sözcüsüdür” – Politoloqdan qalmaqallı açıqlama

8315

''Son zamanlar bəzi siyasətçilər və millət vəkilləri öz sərsəm açıqlamaları ilə insanları səhv tərəfə yönləndirirlər.Onlar özləri də bilmirlər nə danışırlar. Bizim qələbəmizi, maraqlarımızı heç kim oğurlamayıb. Əksinə, bir az diplomatiyadan xəbəri olan insan bu cür açıqlamalar verməz. 11 yanvar üçtərəfli görüşə fikir versək, İlham Əliyevin bir qalib ölkənin başçısı kimi sakit və qürurlu dayandığını görərik''.

''Putin isə əksinə gah sağ ayağını, gah da sol ayağını oynadırdı. Adam çox gərgin idi, əldə edə bilmədiklərinin dərdini çəkirdi. Bu onun danışığı zamanı da hiss olunurdu. İclasda İlham Əliyev çox ustalıqla Putinə bir neçə dəfə onun Rusiya Federasiyasının prezidenti olduğunu xatırlatdı''. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Bizim 1992-93-cü ildə yaşadıqlarımızı hazırda ermənilər yaşamaqdadır” - Politoloq


Azərbaycanın qələbəsi haqqında həqiqətə uyğun olmayan açıqlamalar yayan deputatların cəmiyyət içində çaşqınlıq yaratdığını deyən politoloq, ucuz kampaniyasının başında millət vəkili Qüdrət Həsənquliyevin durduğunu bildirib.

“Ən azı bu məsələ barədə siyasəti bilənlər danışsın, yoxsa düşüblər ortaya özlərini piar edirlər. Bu dəqiqə keçiblər özlərini ən təhlükəli sayılan qəhvəyi piar etməyə. Bu piarın da başında millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev durur. Adam çıxıb televiziyada deyir ki, Rusiyanın dediklərini etməsək, bizi basacaq, Türkiyənin şəhərlərini bombalayacaq. Sən kimsən axı, milləti qorxu içində saxlayırsan, Türkiyəni bu qədər alçaldırsan? Ona qulaq asan gənclər də onun efirdə dövlətin adından danışdığını düşünürlər. Q.Həsənquliyevə belə danışması, insanlarda çaşqınlıq yaratması üçün ona bu sifarişi verənlər var. O insanlar hər zaman dövlətin əleyhinə çalışıblar, indi də o missiyanı yerinə yetirirlər. Qüdrət də onların sözcüsüdür”.

Cümşüd Nuriyev hesab edir ki, rusiyapərəst mövqe sərgiləyən daha bir neçə millət vəkili də var.

“Bəzi telekanallar da bu cür insanları təbliğ etməklə məşğuldurlar. Həmin o insanlar Ruiyanın Azərbaycanda olan sözcüləridir. Bunların adlarını dəyişib, Rusiyanın vəkilləri qoymaq lazımdır. Çünki onlar Rusiya dumasında hər zaman Azərbaycan əleyhinə çıxışları ilə tanınan Konstantin Zatulinin statusundadırlar”.

Sonda politoloq bu insanların tezliklə, istefa vermələrinin vacibliyini də vurğulayıb.

“Unutma ki, sən Qüdrət Həsənquliyev millətin hesabına deputat seçilmisən. Ayda 5000 manata yaxın maaş alırsan. Bundan başqa partiyana da bu millətin cibindən ayda 11-12 min pul ayrılır. Millət bu cür insanların sərsəm açıqlamalarına susmamalıdır. Onlar tutduqları vəzifələrdən getməlidirlər. Seçicilər onların istefalarını tələb etməlidirlər”.

Vüsalə Balayeva, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin