“Rauf Arifoğlu Qurdlar Vadisi AXCP serialı çəkir”x9d

Hazırda oxunan: “Rauf Arifoğlu Qurdlar Vadisi AXCP serialı çəkir”x9d

82725
Milli Şura və "Yeni Müsavat" qəzeti arasında gərginlik artmağa davam edir. AXCP sədrinin müavini, Milli Şura üzvü Fuad Qəhrəmanlı facebook profili vasitəsi ilə paylaşım edərək Rauf Arifoğluna qarşı ağır ittihamlar səsləndirib.

Moderator.az Fuad Qəhrəmanlının statusunu olduğu kimi təqdim edir:

“Deməli, dünənə qədər elə bilrdik ki, bu Rauf Arifoğlu təkcə satılıb. Ancaq aydın olur ki, adamın həm də psixi dəngəsi itib.
Görünür, onu Əli Kərimliyə və Cəmil Həsənliyə qarşı heç bir ölçü və abır gözləmədən çox istifadə etdikləri üçün, adam ictimai rəyin təsirindən psixi travma alıb...Elə buna görə də AXCP-nin Nərimanov rayon şöbəsindən iqtidara "dovşanlıq" etdiyi üçün qovulmuş başqa bir psixi problemi olan birisini tapıb, iki gündən bir "Qurdlar vadisi - AXCP serialı" çəkir...
Bu adam da nə adam, AXCP-yə qarşı məntiqsiz, mənasız səfeh sözlərinə görə bilmirsən ki, güləsən, ya bu zavallını və onu danışdırmağa möhtac olanın düşdüyü duruma acıyasan.
Deməli, Raufun "Polad Ələmdarı" (bəlkədə Raufun Sanço Pançosu dah doğru səslənər) deyir ki, AXCP-də Əli bəy başda olmaqla müəyyən adamların evində 5-6 kompüter var ( məlum serialda Poladı izləyən "Tapınaqçıların" məxfi informasiya mərkəzini nəzərdə tutur), Avropada yaşayan sabiqlər ( yəqin "ixtiyarlardan" danışır) Milli Şurada Əli Kərimli qanadının qələmini sındırıblar, Əli Kərimli hansısa "Mematini" qısqandığı üçünı partiyadan çıxardıb(?), Fuad Qəhrəmanlı (məni də dərin dövlət kimi təsəvvür edir) iqtidarla kontakdadır və Əli Kərimli ilə onların arasında danışıqlar aparır, partiyanın Rəyasət Heyyəti (mafioz "qurdların" yığışdığı Konsey) artıq toplana bilmir, Həsən bəy və Gözəl xanımın qruplaşması( narkotik trafikinə nəzarət edən müdihiş və gizəmli çətə) Ali Məclisi ələ keçirməyə çalışır, Məmməd İbrahim də Konseyin qərarı ilə adamların kafasına sıxır (yəni bunun kimiləri partiydadn qovur) və s. Doğru deyirlər, ağlın hüdudu olsa da, sərsəmliyin hüdudu olmurmuş...”x9d

Xəyal Əzizov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin