“İşğal dövründə baş vermiş cinayətlər haqda açıq danışmalıyıq” - NAZİR

Hazırda oxunan: “İşğal dövründə baş vermiş cinayətlər haqda açıq danışmalıyıq” - NAZİR

82705

"İşğal və müharibə dövründə baş vermiş cinayətlər haqda açıq danışmalıyıq".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində “Post-münaqişə mərhələsində Azərbaycanın sülh və quruculuq səyləri” mövzusunda könüllü gənclərin iştirakı ilə Diplomatiya Həftəsinin açılış mərasimində deyib.

Nazirin sözlərinə görə, ərazilərin minalanması, ekologiyaya vurulan zərərlər, təbii sərvətlərin vəhşicəsinə talan olunması, mülki və dövlət infrastrukturun dağıdılması, Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərlə bağlı informasiyaların verilməməsi və s. cinayətlərlə bağlı qarşı tərəfin məsuliyyətə cəlb olunması vacibdir:

“Onların məsuliyyətə cəlb olunması ilə bağlı mexanizm hazırlanmalıdır və artıq bu istiqamətdə bir sıra işlər görülüb”.

XİN rəhbəri Azərbaycan dövlətinin və xalqının sülhsevər olduğunu da diqqətə çatdırıb:

“Bəli, biz sülhsevər dövlətik, biz sülhsevər xalqıq, biz gələcəyə baxırıq. Amma gələcəyə baxmaq o demək deyil ki, biz keçmişi unutmalıyıq və tarixdən düzgün dərslər çıxarmamalıyıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin