Son günlər bəlli mətbu orqanda keçmiş baş prokuror, hal - hazırda Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov haqqında "qara piar" kampaniyasının növbəti mərhələsinə start verilib və barəsində iyrənc iftiralar tirajlanır.xa0
Eldar Həsənovsa özü bu cür sifarişli yazı müəlliflərini və onların sahiblərini ağır ifadələrlə qınayaraq hətta hüquq-mühafizə orqanlarından bu cür təxribatçı təşəbbüslərə reaksiya bildirməsini, lazım gəlsə bu qarayaxmalara hüquqi müstəvidə cavab veriləcəyini də dilə gətirmişdi.
Səfirin bəlli çevrələr tərəfindən hədəfə götürülməsini qınayanlar da az deyil. Onlardan biri də görkəmli ziyalımız, ünlü şair Rüstəm Behrudidir. Onun Eldar Həsənov haqqındakı fikirlərini oxuculara təqdim edirik:
"Mən Eldar müəllimlə o vəzifədə olanda goüşmüşəm. Mənə geniş dünyagorüşə və zəkaya sahib məmur təsiri bağışlamışdı. Hətta mənə o vaxt qadağan olunmuş "Şaman duaları" kitabımın əlyazmasını oxuduğunu söyləmişdi. Bu kitabı oxuyub təqdir eləyən bir adam mənim ücün ən boyük ziyalıdır. Heyf ki, sonralar onunla bir daha görüşmədik. Bir neçə il bundan əvvəl dostum Mahir Qarayev onun Rumıniyada nəşr elətdirdiyi kitablardan danışdı. xa0Deməli, mən fikrimdə yanilmamışdım. O, mənim yaddaşımda vətənpərvər bir ziyalı kimi qalıb."


































































































