Bizim.Media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, qurumun canlı və texniki qüvvəsi dərhal əraziyə cəlb olunub. Axtarış-xilasetmə əmliyyatlarında nazirliyin Gəncə Regional Mərkəzi , Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki Müdafiə Qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti iştirak edib. Hazırkı vəziyyətə görə, dağıntılar altından ümumilikdə xəsarət almış 53 nəfər və 13 nəfərin cəsədi çıxarılıb.
Aidiyyəti qurumların məlumatına əsasən, dağıntılar altında qalan insanın olmadığı nəzərə alınaraq, axtarış-xilasetmə işləri yekunlaşdırılıb.