“Bizim 1992-93-cü ildə yaşadıqlarımızı hazırda ermənilər yaşamaqdadır” - Politoloq

Hazırda oxunan: “Bizim 1992-93-cü ildə yaşadıqlarımızı hazırda ermənilər yaşamaqdadır” - Politoloq

8248

“Paşinyanın üçtərəfli görüşdə qeyri-adekvat hərəkətləri onun diplomatiyadan xəbərsiz olduğuna dəlalət edirdi. Adətən özündən inamsız olan insanlar bu cür qorxaq hərəkətləri ilə yadda qalır”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.

Onun sözlərinə görə, Paşinyanın görüşdəki sərsəm açıqlamaları erməni auditoriyası üçün nəzərdə tutulub:

''Paşinyanın görüş zamanı səsləndirdiyi hərbi əsirlərin azad edilməsi və Qarabağın statusu haqqında sərsəm fikirləri isə sırf Ermənistan auditoriyası üçün nəzərdə tutulmuş bir tamaşa idi. Çünki hazırda erməni cəmiyyəti onu satqın adlandıraraq, istefasını tələb edir. Baş nazir bilirdi ki, onun bu şərtləri qəbul olunmayacaq''.

''Çünki Azərbaycan Respublikasının Prezidenti dəfələrlə ona Qarabağın heç bir statusu olmayacağını bildirib. Fikir verdinizsə, Paşinyan danışarkən, İlham Əliyev qalib bir sərkərdə kimi onun tərəfə heç baxmadı. Bir də Paşinyan özü Qarabağ münaqişəsinin keçmişdə qaldığını bildirdi. Bu da onun Azərbaycan tərəfinin bütün şərtlərinə razı olduğu deməkdir''.

Politoloq Ermənistan baş nazirinin məcburən hakimiyyətə gətirildiyini deyib. Onun sözlərinə görə, Paşinyanın boş açıqlamaları münaqişəni yenidən alovlandıra bilməz:

“Paşinyan çayxana siyasəti ilə məşğul olan bir insandır, bədbəxti güclə hakimiyyətə gətirdilər. O da Ermənistan üçün nəsə etmək istədi, onu da bacarmadı. Bizim 1992-93-cü ildə yaşadıqlarımızı hazırda ermənilər yaşamaqdadır. Etdikləri bütün hərəkətləri öz əleyhinə işləyir. Ona görə, Paşinyanın bu cür boş danışıqları, hərəkətləri münaqişəni alovlandıra bilməz. Həm də buna Rusiya icazə verməz, çünki Putin Türkiyənin Azərbaycanın yanında olduğunu çox gözəl bilir”.

Rusiyann münaqişənin tez həll edilməsinə çalışdığını deyən, politoloq bunun Co Baydenin hakimiyyətə gəlişindən sonra dəyişə biləcək mənzərə ilə əlaqələndirib: 

“Rusiya regionda liderliyini qoruyub saxlamaq üçün Qarabağ məsələsini ya həll etməli idi, ya da mövqeyini uduzaraq bunu zamanın axarına buraxmalıydı. İstənilən halda Rusiyadan uzaqlaşmaq istiqamətini tutan Ermənistan cəzalandırılmalıydı və cəzalandırıldı. Azərbaycan isə zamanı və şəraiti düzgün qiymətləndirdi, bütün cəbhələrdə qalib oldu”.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin