İyulun 5-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Milli Məclisin Səhiyyə və Əmək və sosial siyasət komitələrinin “Ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlı görülən işlər, hazırkı vəziyyət və gələcək planlar” mövzusuna həsr edilmiş birgə dinləməsi keçirilib.
Milli Məclisdən Bizim.Media-ya verilən məlumata görə, dinləməni giriş sözü ilə açan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov iclas iştirakçılarını Azərbaycanın incisi olan Şuşada salamlamaqdan duyduğu sevinc və qürur hisslərini bölüşüb.
O, bu qüruru bizə bəxş edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Ordumuza, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu vurğulayıb və bugünkü iclasın Şuşada keçirilməsinə yaratdığı şəraitə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü bildirib.
İclasda əvvəlcə Şuşanın, bütövlükdə Qarabağın və digər ərazilərimizin azad edilməsi uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Çıxışına davam edən Ə.Əmiraslanov Şuşanın bir sıra möhtəşəm tədbirlərə ev sahibliyi etməsindən söz açıb, şəhərdə və azad edilmiş digər ərazilərdə aparılan quruculuq və abadlıq işlərini xüsusi qeyd edib.
Sonra Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev icbari tibbi sığortanın Azərbaycanda tətbiqinin hüquqi bazasına, keçdiyi yola nəzər salıb. M.Quliyev icbari tibbi sığortanın tətbiqində əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığının təmin edilməsi barədə fikirlərini bölüşüb.
Sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev icbari tibbi sığortanın tətbiqindən keçən dövr ərzində görülən işlər, qarşıya çıxan çətinliklər, əldə olunan nəticələr barədə söz açıb.
O, ötən müddət ərzində göstərilən tibb xidmətlərinin əhatə dairəsi, kəmiyyəti barədə statistik göstəriciləri açıqlayıb.
Zaur Əliyev icbari tibbi sığorta zərfinin əhatə dairəsinin genişləndirilməsindən və agentliyin tabeliyindəki müəssisələrdə kadr potensialının artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində qarşıda dayanan vəzifələrdən danışıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:21 / 05.07.2022
Parlament komitələri Şuşada toplandı
Hazırda oxunan: Parlament komitələri Şuşada toplandı
Hazırda oxunan: Parlament komitələri Şuşada toplandı
82430
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.