Ermənistanın Azərbaycana qarşı üç İDDİASI RƏDD EDİLDİ - FOTO

Hazırda oxunan: Ermənistanın Azərbaycana qarşı üç İDDİASI RƏDD EDİLDİ - FOTO

82288

Azərbaycan nümayəndə heyəti Böyük Britaniyanın Birminqem şəhərində keçirilən ATƏT PA-nın İllik Sessiyanda iştirak edir. 

Bizim.Media xəbər verir ki, illik sessiyada erməni nümayəndə heyəti və ermənipərəst isveçli deputat Bjorn Soder tərəfindən  müvafiq olaraq ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsilik üzrə ümumi komitəsi və Demokratiya, insan haqları və humanitar məsələlər üzrə ümumi komitəsinin qətnamə layihələrinə ölkəmizin maraqlarına zidd olan dəyişiklik irəli sürüblər.

Erməni nümayəndə heyətinin rəhbəri Eduard Ağacanyan tərəfindən irəli sürülmüş Siyasi məsələlər və təhlükəsilik üzrə ümumi komitəsinin qətnamə layihəsinə “Dağlıq Qarabağ münaqişəsi”ni və “ATƏT-in Minsk Qrupu” nu daxil etmək məqsədilə hazırladığı dəyişiklik müzakirəyə çıxarılıb.

Qeyd olunan düzəlişin müzakirəsi zamanı Azərbaycan nümyəndə heyətinin rəhbəri Azay Quliyev erməni nümayəndə heyətinin təklifinə tutarlı arqumentlərlə cavab verərək, Assembleyanı müharibədən sonra mövcud olan reallığa zidd olan dəyişikliyi qəbul etməməyə çağırıb.  Ermənistanın təklifi səsə qoyulub, 27 səs əleyhinə, 12 səs leyihnə olmaqla düzəliş rədd edilib.

ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsilik üzrə ümumi komitəsinin iclasının davamında ermənipərəst isveçli deputat Bjorn Soderin “saxlanılan erməni hərbiçilərinin dərhal azad olunmasını Azərbaycandan tələb edən” təklifi,  eləcə də mədəni irsin qorunması naminə UNESCO texniki missiyasının qəbul edilməsinə yönəlik çağırışı  müzakirəyə çıxarılıb.
İsveçli deputatın təklifinə  qarşı çıxan Azay Quliyev söz alaraq həbs edilmiş erməni hərbiçəlirinin müvafiq qanunvericiliyə uyğun olaraq cəzalandırıldığını,  bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinin və Beynəlxalq Ədalət Məhkəməsinin müvafiq qərarlarının olduğunu, UNESCO-nun fəaliyyətinə ermənilər tərəfində süni əngəllərin yaradıldığını əsas gətirərək, ATƏT PA tərəfindən bu bəndin qəbul edilməsinin yanlış olacağını vurğulayıb. Soderin təklifi səsə qoyulub, 24 əleyhinə 12 lehinə olmaqla rədd edilib.

Ermənistanın Azərbaycana qarşı qətnamə bəndinin qəbul edilməsi ilə bağlı etdiyi üçüncü cəhd ATƏT PA-nın Demokratiya, insan haqları və humanitar məsələlər üzrə ümumi komitəsinin Qətnamə layihəsinin müzakirəsi zamanı edilib.

Bu dəfə Ermənistan nümayəndə heyətinin üzvü Mariya Karapetyan yenə Dağlıq Qarabağa və münaqişənin mövcudluğuna istinad edən, erməni hərbiçilərinin azad olunmasını özündə əks etdirən təklifi müzakirəyə çıxarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin