Yeni hərbi əməliyyatlar hazırlanır? – “Ermənistan öhdəliklərini yerinə yetirmirsə...”

Hazırda oxunan: Yeni hərbi əməliyyatlar hazırlanır? – “Ermənistan öhdəliklərini yerinə yetirmirsə...”

82237

Xəbər verdiyimiz kimi, iyulun 2-də Müdafiə Nazriliyində keçirilən məşvərət zamanı Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin təhlil olunduğu açıqlanıb. Bundan əlavə, son həftələrdə sərhədin Kəlbəcər istiqamətində atəşkəsin pozulması halları da müntəzəm xarakter almağa başlayıb.

Digər tərəfdən, sosial şəbəkələrdə ehtiyatda olan hərbçilərin təlimlərə cəlb olunduğu və yeni hərbi əməliyyatların baş verəcəyi ehtimalları ilə bağlı iddialar səsləndirilməkdədir.

Bəs, bütün bu sadalananlar nəyə işarə edir?
 

MÖVZU İLƏ BAĞLI:

Xankəndidə hər an antiterror əməliyyatları başlaya bilər - Ekspertdən AÇIQLAMA


Sualı Bizim.Media üçün cavablandıran hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, Azərbaycan Ordusu istənilən zamanda, istənilən ssenariyə hazırdır:

“Bundan ötürü bizim hazırki mənəvi-psixoloji döyüş şəraiti vəziyyətində səfərbərlik elan etməyimizə, yaxud da ciddi resursların orduya cəlb olunmasına ehtiyac yoxdur. Amma müəyyən prosedurlar var ki, daha əvvəlcədən ordunun döyüş hazırlıq proqramına daxil edilir və bunlar plan üzrə də həyata keçirilir”.

Ekspertin sözlərinə görə, məsələ ilə bağlı rəsmi məlumat verilmədiyi üçün prosesə susqunluqla yanaşmağa ehtiyac var:

“Amma hər halda Azərbaycan istənilən ssenariyə hazırdır. Ermənistan tərəfi 18 aydır ki, öz üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməyibə, Azərbaycan da həmin öhdəlikliklərdən imtina etmək hüququnu özündə saxlayır”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin