Tehranda Azərbaycan-İran hökumətlərarası komissiyanın iclası keçiriləcək

Hazırda oxunan: Tehranda Azərbaycan-İran hökumətlərarası komissiyanın iclası keçiriləcək

8199

18-19 yanvar tarixlərində Tehranda Azərbaycan-İran birgə hökumətlərarası komissiyanın iclası keçiriləcək.

Bizim.Media-nın məlumata görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevlə görüşü zamanı deyib.

Musəvi iclasın ölkələr arasında iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib.

O, Təbriz Ticarət və Sənaye Palatasının ASK ilə birgə video-konfrans keçirməkdə maraqlı olduqlarını diqqətə çatdırıb. Səfir həmçinin, İran məhsullarının həm quru, həm dəmiryolu, həm də dəniz vasitəsilə daşınması üçün müştərək şirkətlərin yaradılmasını təklif edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin