Ukraynaya AB-də status verilməsi müharibəni qızışdıra bilərmi? – Fərhad Məmmədovun ŞƏRHİ

Hazırda oxunan: Ukraynaya AB-də status verilməsi müharibəni qızışdıra bilərmi? – Fərhad Məmmədovun ŞƏRHİ

81975

“Həmin addımın müharibənin uzanmasına, nüvə təhlükəsinin artmasına gətirib çıxaracağını düşünmürəm”.

Bunu Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Ukraynaya Avropa Birliyinə namizədlik statusunun verilməsi və belədə Kiyevin Avropanın bir hissəsi kimi tanınmasının müharibənin uzanması, nüvə təhlükəsinin artmasına, yoxsa, qələbəyə zəmin yaradacağına gətirib çıxaracağı barədə suala cavabında deyib:  

“Buna sırf olaraq müharibə kontekstində iqtisadi cəhətdən baxılmalıdır. Çünki Ukraynanın Avropa İttifaqına namizəd kimi qəbulu hər hansı bir hərbi məna daşımır. Qərbin dəstəyi hansı miqyas və həcmdə baş verirdisə, o da davam edir.
 

MÖVZU İLƏ BAĞLI:

Avropa Komissiyasından Ukraynaya 1 milyardlıq TƏKLİF


Sadəcə olaraq, bu addım iqtisadi cəhətdən Aİ-nin bir institut olaraq Ukraynaya dəstək göstərməsi işini asanlaşdıracaq. Orada müəyyən maneələr var idi ki, indiki halda bu maneələri aşmaq mümkün olacaq.

Ayrılan maliyyə yardımının çatdırılması işi asanlaşacaq. Amma hər hansısa bir prosesin həllinə təsirinin olacağını isə düşünmürəm. Bu fonda da həmin addımın müharibənin uzanmasına, nüvə təhlükəsinin artmasına gətirib çıxaracağını düşünmürəm.

Onsuz da Ukraynanın 2014-cü ildən sonra Aİ-yə inteqrasiyası qaçılmaz bir prosesdir. Moskva üçün əsas qıcıqlandırıcı faktor Kiyevin NATO-ya inteqrasiyasıdır. Onun da qarşısını faktiki olaraq alıb”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin