Ceyhun Bayramov İordaniya Senatının sədri ilə görüşdü

Hazırda oxunan: Ceyhun Bayramov İordaniya Senatının sədri ilə görüşdü

81897

Bu gün xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığı Ümmət Məclisinin (Parlament) Senatının sədri Feysəl Əl-Fayez ilə görüşüb.

Bizim.Media Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Ceyhun Bayramov qonağı səmimiyyətlə salamlayıb və onun Qoşulmama Hərəkatı (QH) Parlament Şəbəkəsinin Bakı konfransında şəxsən iştirakının həm tədbirin işinə, həm də ikitərəfli əlaqələrimizin inkişafına töhfə verdiyini bildirib. 

O, Azərbaycanın İordaniya ilə ikitərəfli və çoxtərəfli platformalarda, o cümlədən İƏT və QH çərçivəsində əməkdaşlığını məmnunluqla vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

XİN rəhbəri Çex Respublikasının yeni səfirini qəbul etdi - FOTO


Gələn il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd ediləcəyi və bu münasibətlə tədbirlərin təşkilinin əhəmiyyəti qeyd edilib.

Senatın sədri Feysəl Əl-Fayez Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduqlarını və bu xüsusda ikitərəfli səfərlərin intensivləşməsinin əhəmiyyət kəsb etdiyini bildirib. O, Azərbaycanın QH sədrliyi çərçivəsində fəal rolunu, irəli sürülən təşəbbüslərin təqdirəlayiq olduğunu qeyd edib. 

Feysəl Əl-Fayez hazırda dünyada cərəyan edən bir sıra narahatlıq doğuran hadisələr fonunda Qoşulmama Hərəkatının dünya müstəvisində rolunun artırılmasına ehtiyacın olduğunu vurğulayıb.

Həmçinin, regional vəziyyət, habelə qlobal əhəmiyyət kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin