“Zabuxdan sonra növbəti təmizləmə əməliyyatı Xankəndidə keçiriləcək” – POLİTOLOQ

Hazırda oxunan: “Zabuxdan sonra növbəti təmizləmə əməliyyatı Xankəndidə keçiriləcək” – POLİTOLOQ

81827

Xankəndindəki separatçılar təşviş içərisindədir. Bu dəfəki təşvişin səbəbi Gorusla Xankəndini birləşdirəcək yeni avtomobil yolunun inşaasının başa çatmasıdır. Bu yol istifadəyə veriləndən sonra Laçın şəhərində və digər kəndlərdə sonradan məskunlaşmış ermənilərin köçürülməsi prosesi başlayacaq. Təsadüfi deyil ki, separatçıların başçısı Arayik Arutyunyan ötən gün etiraf edib ki, “9 noyabr 2020-ci il tarixli bəyanatın 6-cı bəndində yazılıb ki, biz Laçın şəhərini tərk etməliyik”. 

Zabux da ermənilərin əlindən çıxır

Geriyə yol olmadığını deyən Arayik Azərbaycanın növbəti hədəfindən də narahatçılığını dilə gətirib. Bu da Zabux kəndidir. Bildiyimiz kimi Laçın rayonunun 20-dən artıq yaşayış məntəqəsinə yol məhz bu kənddən keçib gedir. Ona görə də Zabuxun da Azərbaycana təhvil verilməsi qaçılmazdır. Çarəsiz qalan Arutyunyan hadisələrin necə inkişaf edəcəyindən rəncidə olub. 

“Qarabağı Ermənistanla birləşdirən yeni marşruta görə, biz Laçından yan keçməliyik. Burada açmaq istəmədiyim sirlər var. Niyə biz bu seçimi etdik? Gələcək təhlükəsizliyimizə əsaslanır. Zabuxdan ermənilərin deportasiyası məsələsi müzakirə olunmayıb. Lakin 9 noyabr 2020-ci il tarixli bəyanatın 6-cı bəndində yazılıb ki, biz Laçın şəhərini tərk etməliyik. Zabux ilə bağlı danışıqları davam etdiririk” – deyə separatçıbaşı bildirib. 

Qəribə burasındadır ki, çarəsiz qalmasına baxmayaraq Arutyunyan sərsəm erməni iddialarından əl çəkmir.
 

MÖVZU İLƏ BAĞLI:

Xankəndidə yer adları Azərbaycan dilində yazıldı – FOTOFAKT


Ermənilərin yaxın vaxtlarda Azərbaycan vətəndaşlığı ilə Qarabağda yaşamaq imkanlarından yox, Qarabağın müstəqilliyindən dəm vurur. Bu cür separatçı çıxışlar isə Qarabağda yaşayan ermənilərin əleyhinə işləyir. Çünki, Qarabağ Azərbaycandır. Burada yaşayan ixtiyari şəxs Azərbaycan qanunlarına boyun əyməlidir.

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən politoloq Fikrət Sadıqov bildirdi ki, “Əvvəla, Laçında heç zaman erməni yaşamayıb. Amma son 30 ildə bu rayonda Suriya və Livandan gələn ermənilər məskunlaşdırılıb.

Ona görə də 9 noyabr Anlaşmasına görə yeni yol istifadəyə verildikdən sonra ermənilər Laçın şəhərindən və ətraf ərazilərdən çıxmalıdırlar.

İkincisi, istər Laçındakı, istərdəki Qarabağdakı ermənilər üçün seçim imkanı yoxdur. Ermənilər Azərbaycan ərazisində yaşamaq istəyirsə, onda Azərbaycan qanunları ilə yaşamağı qəbul etməlidirlər. Əks təqdirdə onlar gec-tez separatçı kimi Azərbaycan torpaqlarından qovulacaq”.

Arutyunyan nəyi qanmalıdır?

Politoloq Zabux məsələsinə də toxunub. Bildirib ki, “Aruryunyan və onun kimi başıpozuqlar Zabux haqqında yox, Qarabağdakı ermənilərin taleyini düşünsələr daha yaxşı olar. Laçından sonra, Zabux da ermənilərdən təmizlənəcək. Növbəti təmizləmə əməliyyatı isə Xankəndində olacaq. Arayik kimilər qoy bunu dərk eləyib başa düşsünlər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin