Azərbaycan ATƏT-in Minsk Qrupunu necə məhkəməyə verə bilər? - Çingiz Qənizadədən HÜQUQİ İZAH 

Hazırda oxunan: Azərbaycan ATƏT-in Minsk Qrupunu necə məhkəməyə verə bilər? - Çingiz Qənizadədən HÜQUQİ İZAH 

81653

Xəbər verdiyimiz kimi, Milli Məclisin iyunun 29-da keçirilən növbədənkənar iclasına millət vəkili, Vətəndaş Həmrəyliliyi Partiyasının sədri Sabir Rüstəmxanlı ATƏT-in Minsk Qrupu ilə bağlı təkliflə çıxış edib.

Deputat qeyd edib ki, 30 ilə yaxın davam edən münaqişə dönəmində həmsədrlərin işğal olunmuş ərazilərə səfərlər edib və burada törədilən erməni vəhşiliklərinə şahid olublar:

“Bütün erməni alçaqlığını görərək susmaq və Azərbaycanı barışığa səsləmək cinayətə şərik olmaqdır. Heç bir beynəlxalq missiya bu yükün altından çıxa bilməz. Cinayəti görüb susmağın özü də cəzasız qala bilməz. Biz bütün qarabağlılar və azərbaycanlılar adından Minsk qrupunu beynəlxalq məhkəməyə verməliyik”.

Bəs, Sabir Rüstəmxanlının təklifi reallığa çevrilə bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə bu təklifi müsbət dəyərləndirib:
 

MÖVZU İLƏ BAĞLI:

"Minsk qrupunu beynəlxalq məhkəməyə verməliyik" - TƏKLİF 


“Sabir müəllimin vətənpərvərlik hissindən doğan bu ifadələrini, təbii ki, müsbət qiymətləndiririk və belə hesab edirik ki, həqiqətən də, ATƏT-in Minsk Qrupu yarandığı gündən bu günə qədər separatçılara dəstək verməklə məşğul olub. Onlar sülhə xidmət edən hər hansı addımı atmaqdan çəkinərək, Ermənistanın işğalçılıq siyasətindən çəkindirməyib, onlara qarşı sankiyaların qəbulunda təşəbbüskar olmalyıblar. Və əksinə, status-kvonu saxlamaqla biz azərbaycanlıları Qarabağdan daha da uzaqlaşdırmağa çalışıblar.

Hətta 44 günlük müharibə dövründə də Azərbaycana qarşı Minsk Qrupunun iki həmsədri Fransa və Rusiyanın təşəbbüsü ilə BMT-də bu məsələnin müzakirəsinə istiqamətlənən qətnamə layihə təqdim olundu. Onların bu hərəkəti başadüşülən deyildi. Əslində, biz BMT Nizamnəməsinin 51-ci maddəsinə uyğun olaraq, öz ərazilərimizi işğalçılardan azad etmək istəyirdik”.

Çingiz Qənizadə məsələnin hüquqi tərəfinə də münasibət bildirib:

“Hesab edirəm ki, Sabir müəllim haqlı fikir bildirib. Lakin bunun hüquqi mexanizmi varmı? Düşünürəm ki, dünya təcrübəsində bu cür hallar yoxdur. Ona görə də həmsədrləri məhkəməyə verməklə nəyə nail olacağımız da məlum deyil. Buna baxmayaraq, Cənab Prezidentin “ATƏT-in Minsk Qrupu tarixin arxivinə göndərilib və onlar bir daha bu bölgədə fəaliyyət göstərə bilməzlər” açıqlamasını xatırlatmalıyıq. Bunu xalqımız istəyir, Ali Baş Komandan istəyir. 

Hesab edirəm ki, onlar bölgədə hər hansı formada addım atmağa cəhd göstərsələr, bunun arxasında yüz faiz ermənilərə xidmət dayanacaq.

Bu isə işğalçıya dəstəkdir və sülhə qarşıdır. Ona görə də, sülh istəyən dövlətlər, təşkilatlar başa düşür ki, Minsk Qrupu tarixin arxivinə göndərilib”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin