Rusiyadakı səfirliyimizdən separatçıların nümayəndəsilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Rusiyadakı səfirliyimizdən separatçıların nümayəndəsilə bağlı AÇIQLAMA

81533

Azərbaycanın Rusiyadakı səfirliyi Azərbaycan ərazisindəki qondarma rejimin “xarici işlər naziri” David Babayanın Rusiyaya “işgüzar” səfərinə münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan səfirliyi açıqlama yayıb: 

“Rusiya tərəfindən daxil olmuş rəsmi məlumata əsasən bildiririk ki, yuxarıda adı çəkilən şəxsin göstərilən tarixlərdə Rusiya ərazisində olması şəxsi məqsədlərlə əlaqədar olmuş, bu səbəbdən də tirajlanan “işgüzar səfər” xəbərləri həqiqəti əks etdirmir.

Burada keçirdiyi bütün görüşlər şəxsi xarakter daşımış və Rusiyanın heç bir rəsmi şəxsi onunla görüşməyib. Səfirlik bir daha vurğulayır ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli şəxslər Rusiya ərazisinə Ermənistan Respublikasının pasportu ilə daxil olurlar, belə “səfərlər” barədə yayılan xəbərlər təxribat xarakteri daşıyır, məqsədi ictimaiyyəti çaşdırmaq və Azərbaycan-Rusiya əməkdaşlığına kölgə salmaqdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin