Aşqabadda keçirilən zirvə görüşünün əsas prioriteti nədir? – Fikrət Sadıqovun ŞƏRHİ

Hazırda oxunan: Aşqabadda keçirilən zirvə görüşünün əsas prioriteti nədir? – Fikrət Sadıqovun ŞƏRHİ

81489

Bu gün Türkmənistanda Xəzəryanı dövlətlərin başçılarının sammiti keçiriləcək.

Ötən gün isə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiya xarici işlər naziri Sergey Lavrov, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov, İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian və Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi iştirakı ilə görüş baş tutub.   

Nəyə görə Xəzəryanı dövlətlər indi Azərbaycanın qarşısında deyil, yanında dayanmaq istəyir? 
 

MÖVZU İLƏ BAĞLI:

“Danışıqlar zamanı Ermənistana peşkəş edilən torpaqlarımızı da qaytara bilərik” – Fikrət Sadıqov


15-20 il bundan qabaq belə bir görüş sadəcə xəyal idi. Xəzəryanı dövlətlərin bəziləri, xüsusilə də Rusiya, İran və Türkmənistan hər vəhclə belə görüşlərə, anlaşmalara qarşı çıxırdı. Bunun da tək səbəbi Azərbaycanın regionda təsir imkanlarını azaltmaq və təzyiq altında saxlamaq idi. 

Lakin, 44 günlük müharibədən sonra hər şey dəyişdi. Öz ərazi bütövlüyünü bərpa edən Azərbaycana Rusiya və İranın təzyiq imkanları sıfıra endi. Yəni, artıq Azərbaycan regionda güc faktorudur. 

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən politoloq Fikrət Sadıxov bildirirb ki, “bəzi Xəzəryanı dövlətlərin başçıları zaman-zaman Azərbaycana qarşı qısqanc mövqedən çıxış ediblər. Həm Qədim İpək yolunun bərpasına, həm də tranzit kəmərlərin çəkilişinə əngəl olmağa çalışdılar.

Lakin, Azərbaycanın prinsipial və sağlam mövqeyi qarşısında uzun zaman duruş gətirə bilmədilər. İndi Azərbaycan geosiyasi mövqeyinə və uğurlu xarici siyasətinə görə regionda ən vacib oyunçuya çevrilib. Ona görə həm Rusiya, həm İran, həm də Türkmənistan Azərbaycanın moderator olduğu layihələrə həvəslə qoşulurlar”.

Sergey Lavrovun dövlət başçılarının bu dəfəki görüşü ilə bağlı “əsas müzakirə mövzusu Xəzəryanı dövlətlərin hərbi fəaliyyəti ilə bağlı etimad tədbirlərinin inkişafı və Xəzər dənizi regionunda qeyri-Xəzəryanı ölkələrin silahlı qüvvələrinin mövcudluğunun istisna olunmasıdır” fikirlərinə Fikrət Sadıxov öz münasibət bildirib: 
“Son vaxtlar regionda baş verən proseslər fonunda Xəzəryanı dövlətlərdə sabitliyin və sülhün qorunması olduqca vacibdir. Ona görə də dövlət başçılarının bu görüşündə prioritetin bu məsələ olması tamamilə reallığa uyğundur. Çünki, hər cür inkişaf sabitlikdən, sülhdən keçir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin