Paşinyan üçtərəfli görüşə çantasında nə gətirmişdi? – EKSPERT RƏYİ

Hazırda oxunan: Paşinyan üçtərəfli görüşə çantasında nə gətirmişdi? – EKSPERT RƏYİ

8140

Bu gün Moskvada keçirilən üçtərəfli görüş zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın görüşə çanta ilə gəlməsi cəmiyyət arasında birmənalı qarşılanmayıb.

Adətən dövlətlər arası rəsmi görüşlərə nümayəndələrin çanta ilə gəlməsi hərbi xarakter daşıyır. Bəs, Ermənistanın baş nazirinin çantasında nə vardı?

Hərbi ekspert Ədalət Verdiyev Bizim.Media-ya açıqlaması zamanı bunun heç bir hərbi məna kəsb etmədiyini bildirib.

Onun fikrincə, çox güman ki, bu Paşinyanın səriştəsizliyindən irəli gəlib.

''Bilirsiniz ki, Paşinyan siyasətdə yeni, həm də səriştəsiz biridir. Əvvəlki müsahibələrində də biz onun bir - birinə uyğun gəlməyən fikirlər səsləndirdiyinin şahidi olmuşuq. Böyük ehtimalla bu danışıqların mövzusu ilə bağlı özü üçün bəlli bir konspektləri, hazır sənədləri götürməyi vacib bilib''.

''Çünki Ermənistan daxilində Paşinyanın istənilən hərəkəti artıq bəlli bir narahatlıq, etirazlar doğurur. Elə Moskvanın özündə Paşinyanın səfərindən əvvəl “Onun gəlişini yox, istefasını gözləyirik” şüarı altında etiraz aksiyası keçirilirdi. Belə bir halda Paşinyanın istənilən səhvi onun üçün xoşagəlməz nəticələr vəd edə bilər. Buna görə də o görüşə hazırlıqlı formada gəlib ki, ölkənin müxalifət qüvvələrinin onda hər hansı bir səhv tutmasına izin verməsin”,- deyə o, bildirib''.

Siyasi ekspert Zaur Məmmədovun fikrincə isə bu Paşinyanın özünə inamsızlığından, danışıq zamanı müəyyən nitq problemlərinin olduğu üçün, o görüşə xüsusi yazılmış mətnlə gəlib:

“Söhbət Azərbaycan və Ermənistan üçün çox vacib görüşdən gedir. Nəzərə alsaq ki, görüşdən əvvəl də Ermənistan daxilində ona qarşı ciddi təzyiqlər vardı, Paşinyanın səhv buraxmaq kimi bir şansı yox idi. Ola bilsin ki, məhz həmin çantada da Paşinyanın özü üçün etdiyi qeydlər var idi. Biz Paşinyanın otağa daxil olub Putinlə görüşəndə əhvalsız olduğunu da müşahidə etdik.

Eyni zamanda xüsusilə qeyd edək ki, Prezident İlham Əliyev Paşinyanla əl ilə görüşmədi.

Bundan başqa Paşinyan ilk olaraq, özü Prezident İlham Əliyevlə salamlaşdı.

O, çox pərt və əzilmiş formada gəlmişdi. Erməni xalqının gözündə Paşinyan satqın kimi tanınır. Bu da Paşinyana psixoloji təsir göstərir.

Sözsüz ki, belə bir vəziyyətə düşməsində onun birbaşa özü günahkardır, çünki o, hakimiyyətdə olduğu müddətdə dəfələrlə danışıqlar prosesini pozub”,- deyə, politoloq fikrini tamamlayıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin