Natiq Cəfərli: “Moskva görüşündə azərbaycanlıların Xocalıya qayıdışı həll olunacaq”

Hazırda oxunan: Natiq Cəfərli: “Moskva görüşündə azərbaycanlıların Xocalıya qayıdışı həll olunacaq”

8138

“Bu gün baş tutacaq görüşdə Azərbaycana ziyanlı ola biləcək hər hansı bir qərarın, razılaşmanın olması mümkün görünmür. Prezidentə daxili siyasətlə bağlı onlarla irad-tənqid bildirmək olar, amma Qarabağ məsələsində hansısa ciddi səhvi, güzəşti olmayıb, bu məsələdə İlham Əliyevin mövqeyi aydın, dövlət maraqlarına uyğun və birmənalıdır.”

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün “Facebook” səhifəsində RaAL partiyasının üzvü Natiq Cəfərli paylaşıb. 

Partiya üzvünün fikrincə, “Putinlə ikitərəfli görüşdə son 2 ayda Rusiya "sülhməramlıların" suallar yaradan davranışları ilə bağlı məsələ qaldırılacaq, ən azından, Xocalıya qayıdışla bağlı yolların açılması, azərbaycanlıların ora dönməsi qrafiki məsələsi öz həllini tapacaq. 

Əgər Kreml hərbi kontingentinin sayının artırılması məsələsini qaldırsa, düşünmürəm ki, rəsmi Bakı buna razılıq versin. 

Rusiya mənbələrinə görə, bu gün əsas 2 məsələ müzakirə olunacaq: Azərbaycan-Ermənistan dövlət sərhəddinin dəqiqləşdirilib möhkəmlənməsi və Naxçıvana açılacaq dəhlizlə bağlı detallar. Hər iki məsələdə əlimiz, arqumentlərimiz güclüdür.”

Natiq Cəfərli yazıb ki, artıq diplomatik "savaşın" yeni mərhələsi başladı, bu yolun uğurlu olmasının təməlini Azərbaycan Əsgəri qoyub! 

Allah Əsgərimizi, Ordumuzu qorusun, Tanrı diplomatlarımıza zehin açıqlığı nəsib etsin! Eşq!” deyə Real partiyasının üzvü fikrini yekunlaşdırıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin