Fərid Şəfiyev: “Paşinyanın son çıxışları klassik erməni təbliğatıdır”

Hazırda oxunan: Fərid Şəfiyev: “Paşinyanın son çıxışları klassik erməni təbliğatıdır”

81314

“Paşinyanın bu tip açıqlaması xaricdən və daxildən özünə qarşı olan təzyiqləri neytrallaşdırmağa hesablanmış addımdır”.

Bunu Bizim.Media-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistan baş naziri Nikol Paşinyanın İrəvanın öhdəlikləri yerinə yetirməməsi haqda rəy yaratmaqla Azərbaycanın yeni müharibəyə legitimlik qazandırmağa çalışdığı barədə səsləndirdiyi sərsəm fikrinə münasibət bildirərkən deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Fərid Şəfiyev: "Ermənistandan keçidlə bağlı mübahisələr hələ də davam edir"


“Paşinyanın şərhlərinə fikir verdikdə burada çoxsaylı ziddiyyətli fikirlərin yer aldığını görə bilərik. Son 2-3 ayda Azərbaycanla sülh sazişinin imzalanması istiqamətində aparılan prosesə qarşı Ermənistanı müəyyən etiraz aksiyaları bürüdü.

Çox güman, Paşinyan da məhz həmin təzyiqləri, aksiyaları nəzərə alaraq çalışır ki, həmin etirazları nəzərə alan şərhlər versin.

Əvvəlcə o, Qarabağla bağlı tələblərin dərəcəsini azaltmalı olduqlarını bildirib. Lakin bu çıxışdan sonra ona daxildən və xaricdən güclü təzyiq göstərilib. Ona görə də Paşinyan Azərbaycanın yeni müharibəyə başlaya biləcəyini gündəmə atmaqla özünə təzyiq edən qüvvələri sakitləşdirməyə, onları neytrallaşdırmağa çalışır. Azərbaycanı təcavüzkar, qeyri-konstruktiv ölkə kimi göstərmək klassik erməni təbliğatıdır”. 

F. Şəfiyev son zamanlar Ermənistan rəsmilərinin addım və açıqlamalarına əsasən bu qənaətdədir ki, sülh sazişinin imzalanmasından hələ çox uzaqdayıq. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin