Azərbaycan və Qırğız Respublikaları arasında dövlət başçıları səviyyəsində Dövlətlərarası Şura təsis ediləcək.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin növbədənkənar iclasında müzakirə edilən “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında” Memorandumun təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Parlament Memoranduma əlavə olunan “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurası haqqında Əsasnamə”ni də təsdiq edəcək.
Əsasnaməyə əsasən, Dövlətlərarası Şuraya dövlət Başçıları rəhbərlik edəcək. Şuranın tərkibinə hökumətlərin başçıları daxildirlər. Şuranın iclaslarında Azərbaycan və Qırğız Respublikalarının hökumətlərinin üzvləri, həmçinin dəvət olunan şəxslər (razılaşdırmaqla) iştirak edə bilərlər. Dövlətlərarası Şura zəruri olduğu təqdirdə daimi və müvəqqəti əsasda İşçi Qruplar yarada bilər.
Dövlətlərarası Şuranın sədri dövlət başçıları başqa cür qərar qəbul etmədiyi təqdirdə ərazisində növbəti iclasın keçirildiyi dövlətin başçısıdır. Şura öz iclaslarını ildə bir dəfədən az olmayaraq növbəli əsasda tərəflərin hər birinin ərazisində keçirir.
Dövlət başçılarının tapşırığına əsasən, Şuranın iclasları tərəflərin hökumət başçılarının sədrliyi ilə də keçirilə bilər. Təxirəsalınmaz məsələlərin həlli üçün tərəflərin hər birinin təşəbbüsü ilə Şuranın növbədənkənar iclasları çağırıla bilər.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:44 / 28.06.2022
Azərbaycan və Qırğızıstan arasında Şura yaradılacaq
Hazırda oxunan: Azərbaycan və Qırğızıstan arasında Şura yaradılacaq
Hazırda oxunan: Azərbaycan və Qırğızıstan arasında Şura yaradılacaq
81312
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.