“Azərbaycan Avropaya qaz tədarükünün şaxələndirilməsinə töhfə verməyə hazırdır” - Səfir 

Hazırda oxunan: “Azərbaycan Avropaya qaz tədarükünün şaxələndirilməsinə töhfə verməyə hazırdır” - Səfir 

81183

“Azərbaycan Avropaya qaz tədarükünün şaxələndirilməsinə töhfə verməyə və tədarük həcmlərini artırmağa hazırdır”. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov Beynəlxalq Qara dəniz Araşdırmaları Mərkəzi və Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin "Avropada enerji təhlükəsizliyi: cari vəziyyət, çağırışlar və gələcək imkanlar" adlı konfrans zamanı deyib. 

"2021-ci ilin yanvarında Azərbaycan beynəlxalq tərəfdaşları ilə birgə Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasını başa çatdırdı. Bu layihə Avropa bazarlarına enerji ehtiyatlarının tədarükünün şaxələndirilməsinə xidmət edəcək", - deyə səfir bildirib. 
Onun sözlərinə görə, 2021-ci ildə Azərbaycanın qaz ixracı 22 milyard kubmetrə çatıb. Bu il həmin göstəricini 24 milyard kubmetrə çatdırmaq nəzərdə tutulur. 

Səfir əlavə edib ki, 1994-cü ildən bəri Azərbaycan təkcə öz iqtisadiyyatının sabitləşməsində uğur qazanmayıb, həm də etibarlı enerji tərəfdaşına çevrilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin