“Əcnəbi mütəxəssislər Ağdamı “Qafqazın Hiroşiması” adlandırıblar” - İlham Əliyev 

Hazırda oxunan: “Əcnəbi mütəxəssislər Ağdamı “Qafqazın Hiroşiması” adlandırıblar” - İlham Əliyev 

81163

“Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən 2020-ci il Vətən müharibəsindən sonra bizim üçün dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Polşanın Katovitsa şəhərində keçirilən Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasının iştirakçılarına videoformatda çıxışında deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ümumdünya Şəhər Forumunun sessiyasında İlham Əliyevin videoformatda çıxışı təqdim olundu


“Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib.

Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Hiroşiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib”, - Prezident İlham Əliyev bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin