"Bu bayramı qalib Ordu kimi qarşılayırıq" – MÜDAFİƏ NAZİRİ

Hazırda oxunan: "Bu bayramı qalib Ordu kimi qarşılayırıq" – MÜDAFİƏ NAZİRİ

81112

"Biz bu bayramı qalib Ordu kimi qarşılayırıq".

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərtac-a müsahibəsində səsləndirib.

"Ən əsası, azad edilmiş ərazilərimizin qorunması ilə bağlı daşıdığımız cavabdehliyə və etimada görə böyük məsuliyyət, eyni zamanda, sonsuz qürur və iftixar hissi ilə. Vətən müharibəsində qazandığımız Qələbə Azərbaycan xalqının şanlı qəhrəmanlıq salnaməsinin təcəssümüdür.
Haqq savaşında canından keçən qəhrəman şəhidlərimizin xatirəsi yaddaşlarda əbədi yaşayacaq. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, müdrik hərbi strategiyası əsasında Azərbaycan Ordusu Vətən müharibəsində rəşadət və şücaət göstərərək düşmənin 30 ildən artıq davam edən hərbi təcavüzünə son qoymaqla Vətən və xalq qarşısında şərəfli vəzifəsini layiqincə yerinə yetirdi. Vətənin keşiyində yüksək əhval-ruhiyyədə dayanan Azərbaycan Ordusunun şəxsi heyəti torpaqlarımızın müdafiəsi naminə Ali Baş Komandanının hər bir əmrinə daim hazırdır.

Onu da qeyd edim ki, bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da hər ildönümü geriyə, qət edilmiş yola baxış, görülən işlərin təhlili və gələcək planların dəqiqləşdirilməsi mərhələsidir. Qürurverici məqamdır ki, Ordumuz da 104-cü ildönümünü böyük uğurlarla qarşılayır və fəxr hissi ilə qeyd edir", - müdafiə naziri qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin