“Bu gün rəşadətli Azərbaycan Ordusu işğaldan azad edilmiş ərazilərimizdə öz mövqelərini daha da möhkəmləndirərək cənab Prezidentin rəhbərliyi ilə başlayan genişmiqyaslı bərpa-quruculuq və yenidənqurma işlərinə və Böyük Qayıdışa layiqli töhfələrini verməkdədir”.
Bizim.Media xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrikində yer alıb.
"Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda, orduda aparılan genişmiqyaslı islahatlar, keçirilən təlimlər, düşmənin təxribatlarına qarşı aparılan uğurlu irimiqyaslı əks-hücum əməliyyatları şəxsi heyətin qələbə əzmini daha da gücləndirərək 2020-ci il Azərbaycan Ordusunun tarixinə Zəfər ili kimi daxil edildi.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında - 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi.
Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, qətiyyətli addımları, yüksək diplomatik bacarığı və ordumuzun vətənpərvər, qəhrəman əsgər və zabitlərinin gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu", - təbrikdə vurğulanıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:18 / 26.06.2022
Zakir Həsənovun TƏBRİKİ : “Azərbaycan Ordusu Böyük Qayıdışa layiqli töhfə verir”
Hazırda oxunan: Zakir Həsənovun TƏBRİKİ : “Azərbaycan Ordusu Böyük Qayıdışa layiqli töhfə verir”
Hazırda oxunan: Zakir Həsənovun TƏBRİKİ : “Azərbaycan Ordusu Böyük Qayıdışa layiqli töhfə verir”
81036
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.