“Ermənistana qarşı siyasi-diplomatik təzyiqlərin olmaması və bu ölkənin əməllərinin qınanmaması Ermənistanı yeni cinayətlər törətməyə sövq edir. Real faktlar ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələri Ermənistan ərazisində olan hərbi hissələrdən və raket-artilleriya bazalarından Azərbaycanın şəhərlərinə hücumlar həyata keçirir”. Bizim.Media xəbər verir ki, bunu diplomatik korpusun nümayəndələrinin iştirakı ilə Gəncədə keçirilən brifinqdə Prezidentin köməkçisi Hikmət Hacıyev deyir. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Gəncəyə səfərin məqsədinə də toxunub. Bildirib ki, məqsəd Ermənistanın Azərbaycan xalqına, Gəncə sakinlərinə qarşı törətdiyi hərbi cinayətlər barəsində yerində tanış olmaq, bu faktları əyani şəkildə görməkdən ibarətdir.