“Şərqi Zəngəzurda Azərbaycan-Rusiya mərkəzi yaradılıb” – NAZİR  

Hazırda oxunan: “Şərqi Zəngəzurda Azərbaycan-Rusiya mərkəzi yaradılıb” – NAZİR  

80803

“Şərqi Zəngəzur regionundakı sənaye parkında Azərbaycan-Rusiya birgə mərkəzi yaradılıb”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib. 

Nazir Horadiz-Ağbəndə gedən dəmir yolu üçün Azərbaycanın Rusiyadan 20 min ton dəmir yolu relsi alacağını da əlavə edib: 

“Rusiya şirkətlərinin iştirak etdiyi önəmli layihələr arasında dəmir yolu xətlərinin bərpasını, Horadiz-Ağbənd dəmir yolu layihəsi üçün dəmir yolu relslərinin tədarükünü qeyd etmək olar. Rusiya şirkətləri ilə 20 min ton təmir yolu relsinin alınması barədə müqavilə var ki, onun artıq üçdə bir hissəsi yerinə yetirilib”. 

C.Bayramov azad olunmuş torpaqlarda onlarla Rusiya şirkətinin fəaliyyət göstərdiyini vurğulayıb. O, Rusiya və Azərbaycanın dövlət qurumları, biznes strukturları arasında müntəzəm əlaqənin olduğunu da xatırladıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin