Dünən Türkiyədə parlamanet seckiləri keçirildi. Bu seçkinin nəticələrinin Türkiyənin siyasi həyatına təsiri haqqında siyasi şərhçi Yeganə Hacıyeva Moderator.az-da düşüncələrini paylaşıb:
"Seçkilərin nəticəsinə görə 84 % seçicinin iştirakçılığı ilə 550 millət vəkili seçildi. Bunların 165 -i müstəqil, 385-i isə partiyalı namizədlər oldu.
Nəticələrə görə AKP 40.9% -lə 256 yer, CHP 25.0%-lə 133 yer, MHP 16.3% - lə 83 yer, HDP 13.1% , 78 yer, Səadət Partiyası 2.1% qazandı.
Seçkinin nəticələri AKP elektoratında ona qarşı etimadın zəifləməsini ortaya cıxardı. Buna səbəb olaraq son illərdə Ərdoğan ailəsinin adı keçən rüşvət qalmaqalları, kürd açılımı layihəsinin gecikməsi və əlbəttə ki, ən əsası AKP-nin Nurçularla münasibəti üzündən “Gülən camaatı”x9dnın dəstəyinin itirilməsi oldu.
Seçkinin verdiyi mühüm nəticələrindən biri AKP-nin təklif etdiyi ölkənin parlament sistemindən prezident sisteminə keçidin müzakirəsinin hələ uzun müddət aktual olmayacağıdır.
Belə ki, AKP parlamanetdə səs çoxluğuna malik olsa da artıq qərarların qəbulunda yetərsay üstünlüyünü itirib. Bunu biz konstitutsiya böhranı da adlandıra bilərik. Belə ki, parlamentdə bütün partiyaların təmsilçiliyi ilə formalaşan komissiyanın üzərində iki il idi işləməsinə baxmayaraq yeni konstitutsiya layihəsinin ancaq 60 maddəsi razılaşdırılmış, digər maddələr üzərində iş isə fikir ayrılığı üzündən müxalifətin komissiyanın işini boykot etməsinə görə dayanmışdı.
Yeni konstitutsiya layihəsi yekunlaşsa belə onun referenduma çıxarılması haqqında qərarı AKP tək başına vermək iqtidarında olmayacaq. Bu halda AKP parlamentdə təmsil olunan partiyaların biri ilə koalision hökümət qurmağa, bunun uğurla nəticələnməyəcəyi halda isə cox böyük ehtimal ki, hökümət ilin sonunda və ya 2016 - cı ildə ilkin seçkilərə getməyə məcbur olacaq.
Baxmayaraq ki, Türkiyə siyasətində AKP-nin Milliyətçi Hərəkat Partiyası ilə ittifaqda olmaq təcrübəsi var, amma MHP- nin yeni konstitutsiya layihəsində nəzərdə tutulan məqamlardan biri olan prezident sisteminə keçidlə bağlı fikir ayrılığına görə bu mümkün görsənmir.
Seçkilərin nəticələri konsitutsiya məhkəməsi tərəfindən 10 gün sonra təsdiqlənəcək, amma artıq baş nazir Əhməd Davudoğlu parlamentdə təmsil olunan siyasi qüvvələri yeni konstitusiyanın işlənməsinə səyini artırmağa səsləyib.
Hökümət üçün çətin məsələlərdən biri də Nazirlər Kabinetinin formalaşdırılması məsələsi olacaq. Cümhüriyyət Xalq Partiyası və Milliyətçi Hərəkat Partiyasının isə bu seçkidə parlament təmsilçiliyini bundan öncəki seçki ilə müqayisədə yaxşılaşdırdığı göz önündədir.
Seçkinin sürpriz nəticələrindən biri də əlbəttə ki, HDP- nin Türkiyə Böyük Millət Məclisində 13.1%-lə 78 yer qazanmasıdır. Bununla ilk dəfədir kurd azlığı ölkənin siyasi arenasında tam hüqüqlu təmsilçilik əldə etdi. Bu HDP ”“yə kürd probleminin həllində yaxından iştirak etməyə imkan verəcək.
HDP artıq AKP ilə yeni koalision hökümətdə təmsil olunmayacaqlarını bəyan edib, belə ki, Səlahəttdin Demirtaş partiyasının iqtidarın daxili və ya xarici siyasətini bölüşmədiklərini və bunun üçün koalisiya formamalaşdırmaq fikirində olmadıqlarını bildirib.
Parlament seckilərinin maliyyə sektoruna təsir edən iqtisadi nəticələri isə ozünü çox gözlətmədi. Belə ki, ilkin nəticələrin elan olunmasından sonra ölkənin milli valyutasının 5 % dəyər itirdi, bu isə öz növbəsində infilyasiya ehtimalı ilə Mərkəzi Bank tərəfindən faiz dərəcəsinin qaldırılmasna səbəb olacaq. Həmçinin ifilyasiyanın nəticəsini aradan qaldırmağa yönəlik korreksiyalar maliyyə bazarında hərəkətlilik gətirəcək, bu isə öz növbəsində hökümətin yeni xərclər çəkməsinə səbəb olacaq."

































































































