Hikmət Hacıyev işdən çıxarılıb?

Hazırda oxunan: Hikmət Hacıyev işdən çıxarılıb?

80724
Xarici işlər naziri Elmar Məmmədyarov səfir Arif Məmmədovun müxalif ruhlu çıxışını dəstəkləyən bütün diplomatların və XİN əməkdaşlarının tutduqları vəzifədən azad olunması barədə əmr imzalayıb.

AzVision.az xəbər verir ki, hələlik bu barədə rəsmi açıqlama verilməsə də XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin də işdən çıxarıldığı bildirilir.

Məlumatı dəqiqləşdirmək üçün Hikmət Hacıyevin özü ilə əlaqə saxlamağa çalışsaq da o telefonlara cavab vermədi. 

XİN-dən isə bildirildi ki, H.Hacıyev hazırda işdə deyil.

Qeyd edək ki, İslam Konfransı Təşkilatının Avropa İttifaqındakı səfiri Arif Məmmədov öz facebook səhifəsində hökumət əleyhinə çağırışla çıxış edib. Azərbaycan XİN əməkdaşları Cavid Musayev, Ramiz Vəliyev, Anar Mədətli, Fərəh Gözəlova və Hikmət Hacıyev isə həmin çağırışı bəyəniblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin