Türkiyədə 1 azərbaycanlı, 3 erməni deputat seçildi

Hazırda oxunan: Türkiyədə 1 azərbaycanlı, 3 erməni deputat seçildi

80711


Dünən Türkiyədə keçirilən parlament seçkisinin nəticələrinə görə, hazırda hakimiyyətdə olan AKP yeni parlamentdə 258, CHP 132, MHP və HDP isə hərəyə 80 millət vəkili yeri qazanıb

Kürd partiyası HDP 10 faizlik baryeri aşaraq 80 kreslo qazanmaqla tarixi uğur əldə edib. Seçkilərdə kürdlərin partiyası HDP-nin İğdırdan olan azərbaycanlı namizədi Qıznaz Türkeli deputat seçilib. HDP Iğdırdan iki mandat qazanıb. Bu partiya səslərin 55.29 faizini toplayıb.

Milliyyətcə azərbaycanlı, MHP-çi Sinan Oğanın isə namizədliyi irəli sürülməyib.

Erməni namizədlər də millət vəkili seçiliblər. Belə ki, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) Markar Eseyan, müxalifətçi Cümhuriyyət Xalq Partiyasından (CHP) Selina Doğan və Xalqın Demokratiya Partiyasından (BDP) Garo Paylon Türkiyə Böyük Millət Məclisində (TBMM) erməniləri təmsil edəcəklər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin