ABŞ-ın yeni prezidenti Co Bayden kəşfiyyat xidmətinin keçmiş əməkdaşını milli təhlükəsizlik üzrə direktor təyin etmək istəyir.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Bayden Andrea Kendall Teyloru Ağ Evin Rusiya və Mərkəzi Asiya üzrə milli təhlükəsizlik direktoru vəzifəsinə təyin etmək fikrindədir.
Bəyanatda deyilir ki, Kendal Teylor əvvəllər Mərkəzi Kəşfiyyat İdarəsinin analitiki idi. Həmçinin o, region və Xəzərətrafı ölkələrin karbohidrogen ehtiyatları üzrə dissertasiyalar müəllifidir.
Özünün “Caspian Energy Politics” yazısında Andrea karbohidrogen ehtiyatlarının qorunmasında neft-qaz istiqamətində bölgənin 3 əsas ekspert ölkəsi – Azərbaycan, Qazaxıstan və Türkmənistanın rolundan bəhs edib.
Müəllif dissertasiyasında bu faktın Rusiya və Çin ilə münasibətlərə necə təsir göstərdiyinə də toxunub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:04 / 11.01.2021
Azərbaycan üzrə ekspert ABŞ-ın milli təhlükəsizliyinə cavabdeh olacaq
Hazırda oxunan: Azərbaycan üzrə ekspert ABŞ-ın milli təhlükəsizliyinə cavabdeh olacaq
Hazırda oxunan: Azərbaycan üzrə ekspert ABŞ-ın milli təhlükəsizliyinə cavabdeh olacaq
8071
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.