İlham Əliyevdən Lavrovla görüşdə açıqlama: "Siz bizim mövqeyimizi bilirsiniz"

Hazırda oxunan: İlham Əliyevdən Lavrovla görüşdə açıqlama: "Siz bizim mövqeyimizi bilirsiniz"

80708

"Əminəm ki, göstərdiyimiz səylər Ermənistan tərəfindən də müsbət qəbul ediləcək və çoxillik qarşıdurmaya son qoyulacaq".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 23-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident İlham Əliyevlə Lavrovun görüşü başladı - YENİLƏNİB/FOTO


"Bu gün, əlbəttə, regionda vəziyyət, münaqişədən sonrakı vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə danışacağıq.

Siz bizim mövqeyimizi bilirsiniz. Bu mövqe regionda uzunmüddətli sülhün bərqərar olmasına yönəlib. Sülh müqaviləsi üzərində işə başlamaq barədə bizim təklifimiz hələlik cavabsız qalır, lakin biz hələ ümid edirik ki, bu təklif müsbət qəbul ediləcək", - dövlət başçısı qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin