Hər zaman saxtakarlıqa qarşıyam deyən İsa Qəmbər 2014 cü iln noyabr ayının 26- da Müavat Divanının verdiyi məlum saxta bəyanata hələ də susur!
Keçən ilin sonlarında Musavat Divanı, xüsusilə də Elman Fəttahın rəhbərliyi Gülaga Aslanlının mirzəliyi ilə, Londonda kef eyləyən, sabiq deputat İkram İsrafilin oğlu İsrayil İsrafilə saxta bəyanat verəndə, bir qrup adamın qos - qoca partiyanın adı ilə alver etdiyini yazmışdım. Lakin buna nə Isa Gambar, nə Vurgun Eyyub, nə Gubad Ibadoglu, nə də hər addımda həqiqətdən danışan Mirbaba Babayev və Sabir Məmmedli reaksiya vermədilər. Heç Rauf Arifoglu və Hikmət Hacızadə də ağızlarını açmadılar. Məlum "banda" həmin zaman mənim üzərimə yeridi. MNTK - nı cəza mexanizminə döndərmiş Sevinc Hüseynovanın elə bir həmin vaxt "dilindən ilan vurmuşdu" sanki, danışa bilmirdi. Vəfa Cümşüdlü isə İsrafilovları müdafiəyə qalxmaq istədi. Onu başa düşdüyümü anlatdım. Və dedim ki, Sizi anlayıram, axı Siz İkramla " köhnə dostsunuz". İndi isə saxta bəyanatın ardıncasaxta vəsiqələr, saxta arayışlar üzə çıxır. Buda Müsavat Partiyasında vəziyətin nə qədər acınacaqlı olduğunu göstərdi. Elbəyi Həsənli yazır ki, əlimdə konkret faktlar var. Amma bu adamların heç tükü də tərpənmir, çünki bilirlər ki, İsa Gəmbər arxalarında durub. Əgər Elbəyi Həsənlinin yazdıqları və yaxud Elnur Mirzəyevin verdiyi müsahibə düzdürsə məlum "banda" partiyanı biznes məkanına çeviriblər. Və özlərində siyasi mədəniyyət, əxlaq az da olsa hiss edirlərsə dərhal istefa verməlidirlər. Buradan 3 nəticə ortaya çıxır.
1. Məlum "banda" İsa Gambari aldadaraq, bütün hər şeyi göz ardı edərək ediblər.
2. Ya da bütün bunlardan İsa bəyin bilavasitə xəbəri olub, sadəcə olaraq həmin rüşvətin böyük bir hissəsi texniki xərclərə, qərargahın saxlanmasına xərcləndiyi üçün susub.
3. Bütün bunlar Musavata qarşı hakimiyyətin növbəti siyasi gedişidir.
Birinci nəticə haqqında onu deyə bilərəm ki, əgər Müsavat Divanı saxta bəyanat verəcək bir durma qədər özünün reputasiyasını endirdisə, demək saxta vəsiqə və saxta arayış da verməsi labüddür. Bunu mən deyil, əlahəzrət məntiq deyir.
İkinci nəticə barədə isə İsa Qəmbərin özü bu biabırçılıqın üstünə getməkdənsə, müxtəlif vasitələrlə fikiri əsas hədəfdən yayındıraraq hakimiyyətin üzərinə atması, dolayısı yolla saxtakarları müdafiə anlamına gəlir. Amma mən şəxsən bu saxtakarlıqdan İsa bəyin xəbəri olması versiyasına inanmıram. Çünki xəbəri olan biri israrla E. Mirzəyevdən ad çəkməsini istəməzdi.
Ücüncü nəticə barəsində isə başda İsa Qəmbər olmaqla hazırki Müsavat funksionerləri kifayət qədər danışdıqları üçün nə isə yazmağı lüzüm bilmirəm."
İsmayıl Kəsəmənli


































































































