“Arif Məmmədov Maştagadakı ruhi dispanserə yerləşdirilməlidir”x9d

Hazırda oxunan: “Arif Məmmədov Maştagadakı ruhi dispanserə yerləşdirilməlidir”x9d

80665
Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı yanında nümayəndəsi Arif Məmmədov olayı davam etməkdədir. Artıq demək olar ki, hər gün səfir özünün facebook səhifəsində onunla bağlı baş verən hadisələrə münasibət bildirir. Son statusunda Arif Məmmədov Norveç dövlətindən siyasi sığınacaq istədiyi barədə məlumatları təkzib edib və “zərərçəkmiş diplomatlara”x9d xitabən hədələyici mesaj verməkdən də çəkinməyib: 

“Vicdanıma and içirəm ki, Azərbaycan xalqı ədaləti bərpa edəcək və siz bu dövlətdə ən yüksək postları tutacaqsınız! Bunu çox gözləmək lazım gəlməyəcək!”x9d

Məsələyə münasibət bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP)  sədr müavini Niyaməddin Orduxanlı bildirib ki, Arif Məmmədovun sərsəmləmələri onu deməyə əsas verir ki, bu adamı Maştağa qəsəbəsində yerləşən ruhi dispanserə yerləşdirmək lazımdır:

”x9dArif Məmmədovun psxoloji problemlərinin olmasına dair açıqlamanı BAXCP sədri Qüdrət Həsənquliyev bildirmişdi. Qüdrət bəy Arif Məmmədovla Brüsseldə NATO tədbirindən sonra görüşüb və bu qənaətə gəlib ki, bu adamın ruhi xəstəliyi var. Onun son açıqlamlarından və hədə dolu yazılarından da bir daha əmin olmaq olur ki, həqiqətən xəstədir. Nə danışdığının fərqində deyil. Adi cümlə quruluşlarından da görünür ki, özünü idarə edə bilmir." 

Niyaməddin Orduxanlı onu da bildirib ki, yazdıqları statuslar bir diplomatın deyil, sanki hansısa bir siyasi təşkilatın üzvünün yazdıqlarıdır: 
“Yəqin Arif Məmmədovun psxoloji problemlərindən istifadə edirlər.  Ağlı başında olan diplomat özünü hansısa siyasi təşkilatın üzvü kimi göstərməz.  Hansı bir ölkənin səfiri bunu yazar?  Arif Məmmədov yazıları ilə öz dövlətinə, millətinə və ona son 20 ildə böyük etimad göstərən hakmiyyətə xəyanət edib. Bu tip adamlara el arasında nankor və xəyanətkar deyirlər!”x9d

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin