Avropa İttifaqı nümayəndələri ilə görüş - Faza III layihəsinin TƏQDİMATI

Hazırda oxunan: Avropa İttifaqı nümayəndələri ilə görüş - Faza III layihəsinin TƏQDİMATI

80535

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən Gənclərin məşğulluğu və sahibkarlığı üzrə proqramının (EU4Youth) Faza III layihəsinin təqdimatı ilə bağlı Aİ nümayəndələri ilə görüş olub.

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ölkəmizdə ildən-ilə genişlənən aktiv məşğulluq proqramları barədə məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Avropa İttifaqı ölkələrinə məhsul ixracını artırdı


Bu proqramların hədəflərindən birinin də gənclərin məşğulluğu, onların əmək bazarına inteqrasiyasının dəstəklənməsi olduğunu vurğulayıb.

Nazir müavini Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən Gənclərin məşğulluğu və sahibkarlığı üzrə proqramın da bu sahədə əhəmiyyətini qeyd edib.

Layihə rəhbəri Thomas Hainlen layihə ilə bağlı fikirlərini diqqətə çatdırıb. Görüşdə proqramın Faza III layihəsinin təqdimatı və ümumi əməkdaşlıq məsələləri müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin