Tural Abbaslıdan DTX-nın Gömrük Komitəsində keçirdiyi əməliyyatla bağlı AÇIQLAMA 

Hazırda oxunan: Tural Abbaslıdan DTX-nın Gömrük Komitəsində keçirdiyi əməliyyatla bağlı AÇIQLAMA 

80294

“Biz xalqın içərisində olan insanlar olduğumuz üçün, Gömrük Komitəsinin yaratdığı narahatlığı da dəfələrlə tənqid etmişik. İndi isə DTX tərəfindən Gömrük Komitəsində əməliyyatın keçirildiyi ilə bağlı məlumat verilib. Lakin əməliyyatın nədən ibarət olduğu və məqsədinin nə olduğu hələlik məlum deyil”

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı deyib.

Partiya sədri istənilən halda bu cür əməliyyatın keçirilməsini alqışladığını bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

DTX Gömrük Komitəsində əməliyyat keçirdi - SAXLANILANLAR VAR


“Çünki Dövlət Təhlükəsizliyi Xidmətinin müxtəlif komitələrdə apardığı əməliyyatlar xalq tərəfindən dəstəklənir. Bu səbəbdən mən də bu cür əməliyyatın keçirilməsini dəstəkləyirəm. Ümid edirəm ki, digər məmurlar da bu cür hadisələrdən nəticə çıxararlar. Çünki məmur səhlənkarlığından vətəndaşlar əziyyət çəkirlər”. 

Qeyd edək ki, iyunun 20-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Dövlət Gömrük Komitəsinin Abşeron və İpək Yolu terminallarında əməliyyat keçirilib. Əməliyyat zamanı bir çox yüksək rütbəli məmurların saxlananların olduğu deyilir.

Əməliyyatın xarici ölkələrdən gətirilən müxtəlif növ bağlamalar Azərbaycana daxil olarkən yoxlanışı zamanı qanun pozuntuları, həmçinin vergidən yayınma halları ilə bağlı olduğu bildirilir.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin