Tokayevin çıxışı erməniləri necə cəsarətləndirdi? – Fikrət Sadıxovun ŞƏRHİ

Hazırda oxunan: Tokayevin çıxışı erməniləri necə cəsarətləndirdi? – Fikrət Sadıxovun ŞƏRHİ

80262

“Tokayevin çıxışından sonra Cənubi Qafqazda əllərin dəyişməsindən narahat olan İrəvan birmənalı şəkildə yenidən üzünü Qərbə çevirməyə çalışacaq. Amma onların bu müstəvidə irəliləmələri bütün hallarda Qərbin özündən, onun tutacağı mövqedən asılıdır”.

Bunu Bizim.Media-ya açıqlamasında politoloq Fikrət Sadıxov Qazaxıstan prezidentinin cəsarətli çıxışından sonra Ermənistanın yenidən üzünü Qərbə çevirə biləcəyindən danışarkən deyib: 

“Son zamanlar həqiqətən də Ermənistanda antirusiya əhval-ruhiyyəsi yenidən güclənib. Bunu Rusiya XİN rəhbəri Lavrovun İrəvana səfəri də təsdiqləyir. Həmin səfər çərçivəsində İrəvanda Lavrov və Putinə qarşı təhqiramiz ifadələr səsləndirildi”. 
 

MÖVZU İLƏ BAĞLI:

Qazaxıstan prezidentini danışdıran SƏBƏB - Tofiq Zülfüqarovun ŞƏRHİ


Ekspert bildirir ki, Qazaxıstan Prezidenti Tokayevin Sankt-Peterburqdakı forumda etdiyi cəsarətli çıxışı Ermənistanda da qərbpərəst qüvvələrin fəallaşmasına rəvac verəcək: 

“Bu fonda Ermənistandakı avropasayağı qüvvələr öz mövqelərini daha kəskin şəkildə ifadə etməyə çalışacaq. Ermənilər hər zaman situasiyadan asılı olaraq öz hamilərini dəyişiblər. Bu dəfə də anoloji addımı atacaqları istisna deyil”. 

Amma bununla belə, həmsöhbətimiz qeyd edir ki, hər şey ilk növbədə Avropadan, onun sərgiləyəcəyi mövqedən asılı olacaq: 

“Avropa öz mövqeyini bildirərək, güclü dəstək versə, İrəvan birmənalı şəkildə situasiyadan istifadə edərək Qərbə doğru istiqamət götürə bilər.

Yəni bunu deməkdə məqsədim odur ki, Qərbin biganəlik göstərsə, dəstək verməsə İrəvanın yenidən həmin istiqamətə yönəlməsi nəticə verməyəcək.

Rusiya çalışacaq ki, Ermənistanı öz təsir dairəsindən buraxmasın. Yaranmış vəziyyətdə Brüsselin yumşaq mövqedə qalması fonunda Rusiya Ermənistanda yenidən öz bildiyini etməkdə davam edəcək və öz təsir gücünü bir qədər də artırmağa çalışacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin