Geri dönmək istəməyən köçkünlərə verilən evlər geri alınacaq? - DEPUTATIN CAVABI 

Hazırda oxunan: Geri dönmək istəməyən köçkünlərə verilən evlər geri alınacaq? - DEPUTATIN CAVABI 

8025

Hökümətin torpaqlarına geri dönmək istəməyən köçkünlərlə bağlı hələlik konkret bir qərarı yoxdur. Sadəcə deyilir ki, könüllü olaraq gedə də bilərsən, qala da.

Bunu Bizim.Media-ya millət vəkili Musa Quliyev işğaldan azad olunan ərazilərə qayıdan vətəndaşların mülkiyyət hüququnun qorunmasından danışarkən söyləyib:

- Gedənlər dövlətin onlar üçün yaratdıqları şəraitdən yararlanacaqlar. Məsələn, biznesinə dəstək veriləcək, kənd təsərrüfatının inkişafına şərait yaradılacaq,  əməyə cəlb olunacaqlar. Onlar üçün ən  yüksək səviyyədə şərait  yaradılacaq. Ora köçən vətəndaşların mülkiyyət hüquqları  Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunacaq.

Millət vəkili bildirib ki, geri dönmək istəməyənlərin isə bütün imtiyazları ləğv olunacaq:

- Bəli, Məcburi Köçkünlər və Qaçqınlarla iş üzrə Dövlət Komitəsinin dediyi kimi status onlardan alınacaq. Çünki məcburi köçkün adı müvvəqqəti bir statusdur. Bu ad ona görə ləğv olunur ki, artıq onlar öz yurdlarına qayıda bilərlər. İmtiyazlar, onlara müəyyən müavinət verilirdi, bundan sonra ləğv olunacaq. Söhbət bu kimi imtiyazlardan gedir.

Lakin torpaqlarına dönmək istəməyənlərin əlindən dövlətin onlara verdiyi evlərin geri alınması ilə bağlı, hələlik hökümətin belə bir qərarı yoxdur. Gözləyək Böyük Qayıdış planı hazırlansın. Ondan sonra bu məsələlərə aydınlıq gələcək. Öncədən hansısa sözü söyləmək düzgün olmaz. 

Millət Vəkili düşünür ki, burada evi olamayan vətəndaşların onlara verilən mənzilləri geri alına bilməz. Dövlət vətəndaşı çöldə qoyası deyil. Həm də bir məsələ var, 30 il vaxt keçib, ailələr böyüyüb, indi həmin ailədən bir neçə üzvü geri dönə, başqa üzvləri isə burada yaşayışlarını davam etdirə bilər. 

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin