Politoloq: \"Sülhməramlıların fəaliyyəti qalıcı sülh üçün effektiv deyil\"

Hazırda oxunan: Politoloq: \"Sülhməramlıların fəaliyyəti qalıcı sülh üçün effektiv deyil\"

7999

"Ermənistan KİV-də yayılan məlumatlara görə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünə hazırlıq prosesi gedir. Bu proses ətrafında Ermənistanda media seqmentində müxtəlif məlumatlar var".

Bu sözləri Bizim.Media-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib. O, bildirib ki, bu informasiyalar erməni tərəfinin qorxusunu ifadə edən bir məziyyətdir. Onlar durmadan düşünürlər ki, Nikol Paşinyan kapitulasiyanın davamı olaraq Bakının diktə etdiyi bir sıra şərtlərə imza atacaq:

"Bölgədə sülhə və təhlükəsizliyə Ermənistan tərəfi hələ də təhdid törədir. Xocavənddə yaşanan son insidentlər də buna misaldır. Bölgəyə sülhməramlılar yerləşdirilsə də, onlar sülhə kölgə salan hadisələrdə effektivlik göstərmirlər. Buna görə də onların fəaliyyəti ilə bağlı haqlı narazılıq doğuran məqamlar var".

İlyas Hüseynov qeyd etdi ki, bütün bunların həlli - sərhədlərin delimitasiya, demarkasiyası, tranzit, logistika, nəqliyyat, birgə yaşayış qaydalarının ətrafında problemlərin çözülməsi istiqamətində görüş keçirilə bilər:

"Lakin bununla bağlı Azərbaycan tərəfi rəsmi mövqe bildirməyib. Biz çox istərdik ki, sadalanan problemlər həll olunsun və regionda qalıcı sülh bərpa olunsun" deyə İlyas Hüseynov fikrini tamamlayıb.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin