Avropa İttifaqının rəsmisi: “Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunmasını dəstəkləyirik"

Hazırda oxunan: Avropa İttifaqının rəsmisi: “Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunmasını dəstəkləyirik"

79986

Avropa İttifaqı (Aİ) Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunmasını və əməkdaşlığın əsasının qoyulmasını güclü şəkildə dəstəkləyir.

Bizim.Media xəbər verir ki, Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar “Twitter“ hesabındakı paylaşımında belə qeyd edib.

O, Prezident İlham Əliyevin Qlobal Bakı Forumundakı bəyanatını oxumaqdan məmnun olduğunu vurğulayıb.

“Ermənistanla müsbət dinamikanın ardınca “indi sülhün bərqərar olunmasının, əməkdaşlığın əsasının qoyulmasının” və “praktiki icraya keçilməsinin vaxtıdır”. Avropa İttifaqı Prezidentin bu fikirlərini dəstəkləyir”, - deyə Klaar yekunlaşdırıb.

 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin