IX Qlobal Bakı Forumunda növbəti panel iclası keçirildi

Hazırda oxunan: IX Qlobal Bakı Forumunda növbəti panel iclası keçirildi

79843

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu iyunun 18-də işini panel iclasları ilə davam etdirir. 

Bizim.Media xəbər verir ki, Forum çərçivəsində “Yoxsulluq, aclıq, ərzaq və kənd təsərrüfatı sektorunun dəyişməsi” mövzusunda növbəti panel iclası keçirilib. 

Liberal İnternasionalın prezidenti Hakima El Haitenin moderatorluğu ilə keçirilən panel iclasında “İqlim baxımından zərərsiz kənd təsərrüfatına hər yerdə ehtiyac vardır. Zəngin ölkələrin təcrübəsindən hansı dərslər öyrənilməlidir? Dünya su sərfiyyatının təxminən 70%-i kənd təsərrüfatının payına düşür.
 

MÖVZU İLƏ BAĞLI:

IX Qlobal Bakı Forumu: “Qloballaşma və artan bərabərsizlik” mövzusunda panel iclası keçirildi


Dünyada bir çox ortaq çayın olduğuna və yağıntıların getdikcə daha da azaldığına görə hansı tədbirlər görülə bilər? Ukrayna müharibəsi və ərzaq qiymətlərinə olan təsirlər nəzərə alınmaqla yerli, regional və beynəlxalq miqyasda anbar və bufer ehtiyatlarının rolu nə olmalıdır? Dünyada meşə sahələrinin kəskin azalması ilə bağlı vəziyyət nə yerdədir?

Bəs əkinə yararlı sahələrin səhralaşması? Qida tullantıları ilə bağlı ciddi problem yaşanmaqdadır (Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı dünyada istehsal edilmiş ərzağın 14%-nin istehlakçıya çatmadığını bildirir) – bununla bağlı nə etmək mümkündür? İKT, robot mühəndisliyi və süni intellekt inqilabını yoxsulların mənafeyi üçün ən yaxşı şəkildə necə istifadə edə bilərik?

Bəs yoxsulluq və aclığa qarşı mübarizədə yardım məqsədilə yeni bioloji vasitələrin səfərbər edilməsi? Bəs balıqçılıq və su təsərrüfatı qeyd olunan problemlərin həllinə nə dərəcədə töhfə verə bilər? Toxumların biomüxtəlifliyini, habelə qurduğumuz gen banklarını necə qoruyuruq?” kimi suallara cavablar axtarılıb. 
Toplantıda çıxış edən ABŞ-ın Romadakı BMT qurumları yanındakı Daimi Nümayəndəsi Sindi Makkeyn 40 milyon insanın aclıq təhlükəsi ilə üzləşdiyini söyləyib. O, iqlim dəyişikliyi ilə mübarizənin aparılmasının zəruri olduğunu qeyd edib. 

Daha sonra Azərbaycanda kənd təsərrüfatına dair süjet təqdim olunub və kənd təsərrüfatı naziri İnam Kərimov çıxış edib.

O, deyib ki, Azərbaycan artıq kənd təsərrüfatının inklüziv inkişaf yolunu seçib:

“Biz qlobal ekosistemin bir hissəsiyik. Bu da maraqlı tərəflərin bir araya gəlməsini ğələb edir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) son hesabatında qeyd edildiyi kimi su resurslarının qıtlığı Azərbaycanın da təcili tədbirlər görməsini tələb edir. Onu da qeyd edim ki, son texnologiyalar sayəsində sudan məmərəli, qənaətlə istifadə etmək olar”. 

Nazir bildirib ki, Azərbaycanda suvarma sahəsində itkilərə yol verilir:

“Hökumət müasir suvarma sisteminin yenilənməsi üçün vəsait ayırır. Hansına fermer suvarma sistemini yeniləmək istəyirsə, bunun üçün tələb olunan vəsaitin 40 faizini dövlət üzərinə götürür, 60 faiz vəsait isə faizsiz kredit kimi sahibkara verilir. Su təsərrüfatının idarə edilməsi problemi hər bir ölkənin qarşısında durur”. 

Liberal İnternasionalın prezidenti Hakima El Haite isə Rusiya- Ukrayna müharibəsi ilə əlaqədar Afrikada 50 milyona qədər insanın aclıq təhlüəksi ilə üzləşə biləcəyini nəzərə çatdırıb. 

Mavritaniyanın sabiq Prezidenti ((2015-2018-ci illər)) Amina Qurib-Fakim çıxışı zamanı Afrikada istehsal edilən məhsulların 70 faizinin xırda istehsalçıların payına düşdüyünü vurğulayıb: “Biz istehsalın necə artırılması barədə düşünməliyik. Ukraynada baş verən proseslər Afrikaya təsir göstərəcək”. 
Panel iclası çıxışlarla davam etdirilib. 

Qeyd edək ki, “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin